Menu

"Bizə şəffaflıq lazımdır, ÜST vəzifəsini icra etməyib" - Pompeo

15.04.2020, 10:45
"Bizə şəffaflıq lazımdır, ÜST vəzifəsini icra etməyib" - Pompeo

ABŞ Dövlət katibi Mayk Pomleo bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı yaranmış vəziyyətdə vəzifəsini icra etməyib.

APA-nın məlumatına görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizə suallara cavab, bizə şəffaflıq lazımdır. Bizə lazımdır ki, ÜST öz işini görsün, öz funksiyalarını yerinə yetirsin – dünya qlobal səhiyyə miqyasında nə baş verdiyi barədə dəqiq, vaxtında, effektiv, etibarlı informasiya ilə təmin olunsun. Lakin onlar bunu etmədilər”, - deyə dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST-ü maliyyələşdirməsini dayandırdığını bildirib. Tramp qeyd edib ki, ÜST koronavirus barədə vaxtında informasiya verməyib, həmçinin həqiqəti dünya ictimaiyyətinə çatdırmayıb.

Şərhlər

Dr.AĞAOĞLU 2020-04-15 11:03:34

Əgər bu belədirsə,ABŞ haqlıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol