Menu

Azərbaycanda adambaşına düşən ÜDM cüzi artıb

15.04.2020, 15:57
Azərbaycanda adambaşına düşən ÜDM cüzi artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda 18,321 mlrd manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Rüblük ÜDM-in 11,6 mlrd manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu isə illik müqayisədə 3,5% çoxdur.

Hesabat dövründə adambaşına düşən ÜDM-in dəyəri isə 0,2% artaraq 1 840,2 manata çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol