Menu

Dünyada ilk dəfə bu ölkənin futbol çempionatı bərpa olundu

19.04.2020, 19:40
Dünyada ilk dəfə bu ölkənin futbol çempionatı bərpa olundu

Futbol üzrə Türkmənistan çempionatı bərpa olunub.

"Report"un məlumatına görə, 4-cü turun açılış matçında "Altın-Asır” – “Kopetdağ” görüşü baş tutub.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu, dünyada koronavirus pandemiyası dövründə yenidən başlayan ilk çempionatdır.

Türkmənistan Futbol Federasiyası martın 24-də bütün yarışları təxirə salmışdı.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol