Menu

Qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb

01.10.2014, 18:04
Qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb

Ötən gün qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lalə Xanıyeva bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada keçinib.

Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol