PEŞMAN DEYİL VƏ MEYDAN OXUYUR?! - “Mən - Akif Çovdarovam!...”

Adətən Azərbaycanda vaxtilə yüksək vəzifə və səlahiyyət sahibləri olmuş şəxslər hansısa əməllərinə görə həbsə düşəndən, daha sonra isə əfv sərəncamı ilə azadlığa buraxılandan sonra səhvə yol verdiklərini etiraf edir, peşmançılıq hissi keçirdiklərini bildirir və ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırırlar. Lakin ölkə Prezidentinin pandemiya səbəbindən əfv etdiyi şəxslər arasında olan sabiq MTN generalı Akif Çovdarov “ümumi xor”dan seçilən davranışları ilə diqqəti cəlb edir.

Azadlığa çıxandan sonra evində keçirdiyi ilk gündə qurduğu məclis və həmin məclisdə çəkilərək, mediaya ötürülən görüntülər, eləcə də Akif Çovdarovun özünün açıqlamaları göstərir ki, sabiq general nə peşmandır, nə də səhvini boynuna alır. Əksinə, sanki cəmiyyətə, qanunlara, hüquq-mühafizə sisteminə, MTN özbaşnalıqlarından zərər görmüş, haqqı tapdanmış, əzilmiş şəxslərə meydan oxuyur: “Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm. Sağolun”.

Xüsusilə də az qala kimlərəsə ünvanlanan mesaj xarakteri daşıyan “Mən - Akif Çovdarovam!… Bir gün geniş söhbət edərik... Başqa bir şey danışmaq istəmirəm...” kimi ifadələr sabiq generalın nələrə, kimlərəsə güvənməsinin, açıq-aşkar özündən razılığının əlaməti kimi görünür. Bəs kimdir, nədir ona bu cəsarəti verən? Doğrudanmı bizim cəmiyyətimiz ağır cinayətləri sübuta yetirilmiş şəxslərin cəzasızlıqdan ləzzət almalarını, saymazyana, qıcıq və acıq verən davranışlarını gözünü döyə-döyə seyr etməyə məhkumdur?...

Onu da xatırladaq ki, hələ həbsə düşdüyü ilk günlərdən vəkilləri və yaxınları tərəfindən Çovdarovun səhhətinin ağır vəziyyətdə olduğu, az qala mədəsinin olmadığı, çoxsaylı xəstəliklərdən əziyyət çəkdiyi və s. bu səpkili şikayətlər, məlumatlar yayılırdı. Məhkəmə proseslərində özü də dəfələrlə bu barədə danışmış, bu gün-sabah öləcək rəyini yaratmağa çalışmışdı. Ancaq sabiq generalın dəbdəbəli evindən çəkilən və təbii ki, onun razılığı və istəyilə mətbuata ötürüldüyü şübhə doğurmayan fotolarda süfrədə spirtli içkilər, Çovdarovun əlində isə qədəh olduğu görünür. Təbii ki, bu görüntü sadalanan xəstəliklərlə və onun səhhətilə bağlı bəyan edilən durumla ziddiyyət təşkil edir...

Məsələnin daha çox diqqət cəlb edən tərəfi isə sabiq generalın nəinki peşmançılıq çəkməməsi, hətta qalib ədası nümayiş etdirməsidir. Burada MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə eyni həbsxanada məhbəs həyatı yaşamış sabiq prokurorluq müstəntiqi Rüfət Səfərovun öz sosial şəbəkə səhifəsində dərc etdiyi silsilə yazılarındakı bəzi məqamları nəzərə çatdırmaq yerinə düşər. Öncə qeyd edək ki, sabiq müstəntiq həbsxanada “MTN işi”-nin əsas fiqurantlarına, xüsusilə də Akif Çovdarova lüks şəraitin yaradıldığına şahidlik etdiyini yazıb. Hətta Çovdarovun öz “şef”i, sabiq MTN naziri Eldar Mahmudovla telefonla danışdığı da qeyd olunub. Bu, Çovdarov kimilər üçün “içəri də bayır kimidir” ifadəsinin hər yerdə işlədiyinə dəlalət edir. Ancaq burada əsas məsələ Çovdarovun qətiyyən peşmançılıq hissi keçirmədiyinə dair söylədiyi fikirlərdir.

Sabiq müstəntiqin yazısının Çovdarovun peşman olub-olmadığı ilə bağlı verdiyi suala cavabını əks etdirən hissəsində deyilir: “Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olarıq. Həyat bizə kamillik bəxş etməyib, kamilliyin yeri muzeydir! İndi başa düşdün?” - deyə əsəbi tonda sual etdi. - Akif müəllim, anladım. Demək ki, səhvli-düzlü həyatda nə etmisinizsə, peşman deyilsiniz...

- Əlbəttə ki, yox. Sən də heç zaman peşman olma...”

Göründüyü kimi, sabiq general bütün cəmiyyətin gözü önündə baş verən və məhkəmə hökmü ilə sübuta yetirilmiş əməllərinə görə nə “islah müəssisəsi” anlayışından çox-çox uzaq olan həbsxanada, nə də azadlıqda qətiyyən peşmançılıq keçirmədiyini nümayişkəranə şəkildə biruzə verir.

Bəs Çovdarovun bu özgüvəninin, özündən razılığının, ətrafa meydan oxumasının, nümayişkaranə ifadə tərzinin arxasında nə durur? Yəqin ki, bu sualın cavabını onun özü qədər heç kim bilmir...

“AzPolitika.info”

635x100

Şərhlər

Mahir Əliyev 2020-05-03 08:49:04

Belə qulduru Somaliyə yollamaq lazımdı.Orada gəliri çox olar.

Eli 2020-04-26 01:39:11

10 ilden artıq bir müddetde ölkenin iki en vacib strateyı sahesini çökdürdüler indi de mükafatlandırıllarHrç ne anlamaq olmurBu ne siyaset ne dövletçilikdir gel indi baş sındır gör ne etmek olar ve biz hara gedirik

Eli 2020-04-25 21:27:23

Vallah kişinin oğlu düz deyir da bunların gösterişi ve sifatişi ile hebsde bunlar da her şeye reğmen azadlıqda bunlar arxayın olmasalar ele danışmazlar çünkü peşe sahibleri içerisinde en qorxaq kateqoriyaldan önde gedeni de hüqüq mühafize orqa işçileridir hamisı olmasa da

Hilal Ə. 2020-04-25 20:07:52

Gürcüstanda belə adamı Xalq daşıqalaq edir

Hilal 2020-04-25 20:01:27

Bu qatı conayətkarın sifətindən bəlli olurki, bu adam 6 ay müddətində çöldə öləcək, ona görə buraxıblar

Eli 2020-04-25 18:26:10

Düşünürem ki bu millete düşmen lazım deyil özümüz öz axrımıza çıxarıq Deyirem o böyüklükde İranin müselman milliyyyetce azerbaycanlı dini rehberi ermenistana arxa kömek olanda adamın ağlı donurSiyaseti başa düşmek olar bes milli qeyrqte ne söz esl siyaset ele budur.Axır ki işimiz qalıb şeytanlara

Eli 2020-04-25 17:18:33

Bu millet ne gündedir Allah da bizden bezib bize düşen lazım deyıl özümüz öz axırımıza çıxacağıq Bunu tarix de isbat edir O böyüklükde İranın müselman milliyyetce azerbaycanlı olan dini rehber ermenistana arxa kömek olanda burdakılarA ne deyesenBunlar analiz elesek diger milletleri bizden üstün tütürlar

Eli 2020-04-25 17:05:32

Bu millete düçmen l

Eli 2020-04-25 17:00:10

kül olsun bunlarınve. havadarlarının başına yzzıq millet gör kimler bizi idare edir Dünyada en böyük cinayet Vetene xeyanetdir bizdese onlar ehf olunur Bundan o yana düşünmek olmur adamın ağlı donur biz hara grdirik bizi kimler idara edir

Eli 2020-04-25 01:02:57

Gülmeli işler çoxdur burda teeccüblü heç ne yoxdur

Eli 2020-04-25 01:00:06

İndiyedek ilden çıxarılan heqiqeten xalqın malını qanını soranlardan haqq hesab teleb olunubmTepik yr

letif 2020-04-24 12:21:19

hormet edib buraxiblar axi ayibdir bu sekillerle kime meydan oxuyursan seni efv eden dovlete????????????

Eli 2020-04-24 01:19:18

Bu ölkede gülmeli ve ağlamalı işler çoxdur

Ilqar Rusiyali 2020-04-22 22:59:43

Bu qulduru, talanci, ruwvatxor, ogru, millata divan tutanlar niyə af edilir?.....

vuqar 2020-04-22 19:17:45

Gorsenir ki bu qeddar qarsisina meqsed qoyub ki kimlerdense qisas alsin axi bu isi o gozel bacarir!

Sədaqət 2020-04-22 18:46:00

Bunu başa deməyə nə var...Pul...

Zek 2020-04-22 17:53:51

Bunun sebebini. Hebsde olarken ona yaradilan. Seraitin sebebkarindan sormaq dogru olar.

t.ədalət 2020-04-22 17:10:59

A.Çovdarovun atası əvvəllər müəllim işləyib.Sonralar isə indiki "Spase" tele-kanalının olduğu binanın qarşısında bir bazar var idi,həmin bazarda qəssabxana işlədirdi.Bir gün onunla mübahisə etdik,dedi ki, yuxarılarla yaxın qohumluq əlaqələri var və heç kimdən çəkinmir.Bəlkə həmin qohumluq A.Çovdarovu rahat danışdırır?

Abbas 2020-04-22 16:40:10

Məmurların hamısı o qədər harınlayıblarki, nə qədər cinayət etsələr də nə qanundan, nə ölkə rəhbərliyindən də artıq çəkinmirlər. Çəkinsələr Çovdarov kimi birisinin və başqalarının belə danışmağa duxu çatmaz

Bashirov Qarib 2020-04-22 16:36:49

Xeyr,hamı bilir, amma, hamı da qabagından yeyir.

Son yazılar