Menu

Bakıda aptekə silahlı basqın olub

23.04.2020, 10:09
Bakıda aptekə silahlı basqın olub

Bakıda aptekə basqın edilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb.

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərhlər

t.ədalət 2020-04-23 10:20:49

İş yerləri qapadıldığına görə,yəqin ki pulsuz qalıb və cinayətə girib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol