Menu

Bakıda açılması planlaşdırılan “Ronaldinyo akademiyası” ləğv olundu

23.04.2020, 15:00
Bakıda açılması planlaşdırılan “Ronaldinyo akademiyası” ləğv olundu

Bildiyiniz kimi, bir vaxtlar Bakıda Ronaldinyonun futbol akademiyası açılması gündəmdə idi. Əsas təşkilatçı isə “Qəbələ” idi. Lakin sonradan bu klubun maddi durumu zəiflədiyindən layihə alınmadı. Bir müddət sonra AFFA bu layihəni davam etdirmək qərarına gəlmişdi. Təbii, "Qəbələ"nin razılığı ilə.

Lakin Rekord.az-ın əldə etdiyi son məlumata görə, artıq bu da baş tutmayacaq.

Çünki federasiyanın özünün də vəziyyəti yaxşı deyil. Yəni bu layihə artıq ləğv olunub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol