Menu

"Xəstəlik yenidən alovlana bilər" - ÜST

24.04.2020, 14:28
"Xəstəlik yenidən alovlana bilər" - ÜST

“Bir çox ölkələr, o cümlədən Azərbaycan da ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

ÜST rəsmisi bildirib ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: “Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.

O Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol