Menu

"Kim Çen In vegetativ vəziyyətdədir" - Yapon mediası

25.04.2020, 23:09
"Kim Çen In vegetativ vəziyyətdədir" - Yapon mediası

KXDR lideri Kim Çen Inın səhhəti əvvəllər düşünüldüyündən daha ciddidir.

Virtualaz.org bildirir ki, bu barədə Fox News Yaponiya mediasına istinadla xəbər yayıb.

Yaponiyanın "Shukan Gendai" jurnalı iddia edir ki, aprel ayında hansısa kəndə baş çəkdikdən sonra Şimali Koreya liderinin sağlamlıq vəziyyəti ciddi şəkildə pisləşib. Bundan sonra o, stentinq proseduru keçirib və vegetativ vəziyyətdə (ayıq koma-baş beyin yarımkürəsinin, xüsusilə beyin qabığının bu və digər səbəblərdən zədələnməsi və ya funksiyasının pozulması nəticəsində vegetativ və hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan hal-red.) olduğu ortaya çıxıb. Yaponiya mediası bu xəbəri Şimali Koreya liderini müalicə edən tibbi qrupdakı mənbəyə istinadən yaydığını bildirib.

Xatırladaq ki, bundan əvvəl CNN Kim Çen Inın səhhətində ciddi pisləşmə olduğunu bildirmişdi. Cənubi Koreyadan isə təxminən eyni vaxtda bu xəbəri təkzib etdilər və bildirdilər ki, Koreya Xalq Demokratik Respublikasının lideri əvvəlki kimi öz vəzifələrini icra edir.

Şərhlər

OXUCU 2020-04-25 23:44:46

Onu heç ayılmasın.İnsanları necə alçaldırdı.Gorba gor.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol