“HƏYATIMDA YALNIZ EYNULLA FƏTULLAYEVƏ SİLLƏ VURMUŞAM...” – Həbsdəki MTN generalı

Keçmiş müstəntiq Rüfət Səfərovun həbsxanadan yazdığı silsilə yazılarda maraqlı bir məqam diqqət çəkir. 

"AzPolitika.info"nun məlumatına görə, R.Səfərov yazır ki, ləğv edilmiş MTN-nin Antiterror İdarəsinin keçmiş rəisi, general Elçin Quliyevdən jurnalist Pərviz Həşimlinin həbsi, ona işgəncələr verilməsi ilə bağlı dedikləri barədə soruşub. Keçmiş idarə rəisi jurnalisti təkzib edərək deyib: “Yalan deyir. Mən həyatımda bir nəfərə sillə vurmuşam - Eynulla Fətullayevə... Ondan başqa xidmət etdiyim dövrdə heç kimlə sərt davranmamışam...”

Pərviz Həşimli isə MTN-də gördüyü işgəncələri belə təsvir edib: “Məni həbs edən günü bir neçə saat psixoloji təzyiq üçün xüsusi işgəncə otağına apardılar. Orada qəssab dükanlarında olan çarmığa bənzər xüsusi qurğu vardı. Əlləri sıxmaq üçün məngənəyə qədər qoyulmuşdu. Bu cür işgəncə otağını ancaq filmlərdə görmək olar. 3 saat bu otaqda qaldım. Alçaldıcı ifadələr, hədələr o qədər çox olurdu ki, bir dəfə İlqar Əliyevin (Elçin Quliyevin müavini, təcridxanada özünə qəsd edərək ölüb – red) masasının üzərindəki qayçını götürüb, özümə xəsarət yetirmək istədim. Sonrakı günlər karserə salınırdım. Bir dəfə isə məni paltarsız vəziyyətdə MTN-nin sonuncu mərtəbəsindəki gəzinti meydançasına saldılar. Qarlı bir gün idi. Möhkəm soyuqladım. “Amnesty İnternational” ayrıca bəyanatla çıxış edərək, MTN rəhbərindən mənə qarşı işgəncənin dayandırılmasını tələb etdi. Bundan sonra işgəncələr dayandı”.

Elçin Quliyevin dediklərinə Eynulla Fətullayevdən şərh almaq mümkün olmayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Adil 2020-05-03 21:08:58

Əllərinə sağlıq

Azer 2020-04-28 13:41:22

1 dene de babat yumruq vursaydin sene beraet de halal olardi. Gör eynulla necə adamdir ki, bu döze bilmeyib vurub ve indi de boynuna alir . Haqq elemisen...

Nurlan Həsənov 2020-04-27 20:35:41

Gərək bir dənə də vuraydın.

Eli 2020-04-27 17:36:31

Buyurun bu da blzlm milli tehlükesizliyimizin önde geden generalı en savadlı ziyalıya şille vurmaqla fexr edir Vallah gülmeli işler var Qardaş sen kimsem axı ele savadlı ziyalı ağıllı oğlana rl qaldırırsanGöresen bu polis generallar milli tehlükesizlik anlayışı nedir başa düşürler Axı bu polisler puldan. ve qorxduğuna baş eymekden başqa bir şey bilmirler

Eli 2020-04-27 16:40:33

Buyurun bu da bizim milli tehlükesizlik nazirliyimizin vezifeli şexsinin bizim olan 3-4 qeyrdgl

kələntər 2020-04-26 21:54:15

Eynulla elə o bir dənə şilləynən sındı..

elxan 2020-04-26 19:41:39

Nə pərviz nə dəki Eynullası...

Adam 2020-04-26 18:49:31

Nə həyasız mikrobsan....

sakit 2020-04-26 11:16:22

Bir onda kişi kimi hərəkət etmisən...

BAKILI 2020-04-26 11:07:34

Hesab edirem bu sille senin butun gunahlarini yudu

Son yazılar