Menu

“YAP-ın QOCAMAN QURUCULARIYLA DANIŞDIM...” – Sadiq Qurbanov

29.04.2020, 14:00
“YAP-ın QOCAMAN QURUCULARIYLA DANIŞDIM...” – Sadiq Qurbanov

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hakim partiyanın qurulmasında və nəticədə Heydər Əliyevin hakimiyyətə gəlməsində mühüm rol oynamış “91-lər”lə bağlı maraqlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, S.Qurbanov “feysbuk” paylaşımında xəbər verib ki, “91-lər”in bir neçəsilə telefon və videobağlantı formasında əlaqə saxlayıb:

“Dəyərli dostlar! Əziz əqidə yoldaşlarım!

Bu gün mövcud vəziyyətlə əlaqədar "EVDƏ QAL"an partiyamızın qocaman qurucularından olan "91-lər"dən Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Şahlar Əsgərov, 84 yaşı bu gün tamam olan Əsədulla Qurbanov, İsgəndər Quliyevlə, eyni zamanda Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Munis Bayramovla telefon və video görüntü ilə əlaqə saxladım və keçmiş xatirələri yada saldıq. Heç təsadüfi deyil ki, "91-lər"i ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının "Qızıl Fondu" adlandırmışdı. Düşünürəm ki, biz sıravi partiya üzvləri də onları hər zaman yada salmalı və xatırlamalıyıq”.

"91-lər"dən biri, professor Əjdər İsmayılov S.Qurbanovun paylaşımına belə reaksiya verib: “Hörmətli Sadiq müəllim, boyüyə hörmət, dəyərə qiymət vermək, silahdaşa sadiq qalmaq təbii ki, xidmət etdiyin amala sadiq qalmaq və təmənnasız bağlılıqdan irəli gəlməklə yanaşı insanın zatı, ailə tərbiyəsilə çox bağlıdır. Bəli, biz bu yola başlayarkən siz gənc bir vətənpərvər tələbə idiniz. Bu gün yaş üstünə yaş gəlməklə daha da püxtələşmiş və müdrikləşməniz göz önündə. Bu günləri YAP-ın qızıl fondu olan "91-lər"i, dövlətin qurucularını, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarını xatırlamanız, bu şərəfli ideyaya bir daha adınız kimi Sadiq olduğunuzun göstəricisidir. Məhz sizin Milli Məclisə, millətin vəkili seçilmənizə çox sevindiyim və məndə ümidlərin doğduğu haqqında qeyd etmişdim. Sevindim və ümid etdim ona görə ki, məhz sizin və sizin kimi Heydər Əliyev yoluna sadiq insanların Prezidentimizin ətrafında olması Vətənimizin və qurduğumuz partiyanın uğurlu inkişafına aparar”. 

Şərhlər

t.ədalət 2020-04-29 14:34:00

Hörmətli professor,Hörmətli Əjdər Tağıoğlu!Sizi yaxşı tanıyıram.Ən ağır günlərdə "Əliyevçilər" təşkilatını yaratdınız."Yaş senzinə" qarşı mübarizədə Hacı Əbdülün dəstəsinə qarşı tarana getdiyiniz də yadımdadır.Ancaq,bu gün deputat və məmur olmaq üçün səngərlərdənb keçib gəlmək lazımdır.Vəzifə kreslolarından ətir və qorxaqlıq,yaltaqlıq əvəzində barıt qoxusu gəlməlidir.Biz torpaqları işğala məruz qalmış ölkəyik.Biz,Türkiyənin Çanaqqala döyüşünün yolu ilə-qadınlarsız və igid döyüşçülərlə irəliləməliyik!

t.ədalət 2020-04-29 13:51:54

Mərhum prezident Heydər Əliyev,həqiqətən əvəzedilməz insan idi.Kasıb ailədən gəldiyinə görə kasıbların mənafeyini qoruyur,varlılara imkan vermirdi ki,kiminsə hüququnu tapdasın.Özündən sonra Azərbaycanda onun adıyla bağlı gördüyü böyük işlər qaldı.Onun ətrafına toplaşan adamları xatırlayanda,gərək heydərçiliyi ilə seçilən Əbülfəz Əliyev də yada saslınsın.

NeftMexTexnoloq 2020-04-29 10:36:42

Əla startdır! YAP itirilənləri haçan, necə qaytaracaq ki, Avropa kimi yaşayaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol