Menu

Böyük Vətən müharibəsi iştirakçıları təltif edilib - Sərəncam

01.05.2020, 12:50
Böyük Vətən müharibəsi iştirakçıları təltif edilib - Sərəncam

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.

Sərəncamla Nazirlər Kabinetinə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görmək və yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etmək tapşırılıb.

Şərhlər

t.ədalət 2020-05-01 14:02:46

"Böyük vətən mühariubəsi" ifadəsi doğru deyol.Rusiya bu müharibədə(sovet hökuməti də Rusiya demək idi) işğalçılıq edir,Avropa ölkələrini ələ keçirirdi.İkinci dünya müharibəsində Rusiyanın qələbəsi Azərbaycanın bədbəxtliyinə səbəb oldu.İşğal edilmiş ərazilərimiz də həmin qələbənin miskin nəticəsidir.Biz,nə qədər ki rus silahının şərəfini qotuyacağıq Dağlıq Qarabağ ermənistanın olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol