Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkənin tədiyyə balansında ümumi daxili məhsulun 3%-i qədər kəsir yaranacağını gözləyir.
"Report" xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
"Bu il ölkənin həm idxalının, həm də ixracının azalmasını gözləyirik", - deyə o, əlavə edib.
Baş bankir ölkədən valyuta axınının məhdudlaşdırılması barədə deyilənlərə də münasibət bildirib: "AMB kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur. Təsəvvür edin, kimsə zinət əşyası gətirir. Təbii ki, bu, dərmandan və ətdən vacib deyil".


Şərhlər
Mus-mus deməkdənsə Mustafa de görək nə demək istəyirsən
Tədiyə balansının pozulması iqtisadiyyatımızın çox pis vəziyyətə düşməsidir.Bu balansın əsasını beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan və xaricə çıxarılan valyutanın dəyəri arasındakı nisbətdir.T.balansının 3-cü forması,yəni ehtiyat aktivləri də dağılarsa ölkə iqtisadiyyatını bərpa etmək müşkül məsələdir.İndi məlum olur ki,vəzifələrə irəli çəkilən kadrlar bacarıq və səriştəsiz imişlər.Onlar neft ixracından gələn gəlirlərei dağıtmaqdan başqa bir iş görə bilməyiblər.Uçot və nəzarət prinsipi hakimiyyət tərəfindən boş buraxılıb.