Menu

Gəncə və Lənkəranda koronavirusa yoluxma aktivləşib

01.05.2020, 17:54
Gəncə və Lənkəranda koronavirusa yoluxma aktivləşib

"Son günlər Gəncə və Lənkəranda yoluxma sayı aktivləşib". Bunu TƏBİB rəhbəri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, adı qeyd edilən şəhərlərdə yoluxmanın sayının artması vətəndaşların karantin rejiminin tələblərinə ciddi əməl etməməsidir.

TƏBİB rəsmisi əlavə edib ki, Bakı və Sumqayıt şəhərlərində də hazırda yoluxma halları qeydə alınır.

Rəsmi məlumata görə, ölkə üzrə koronavirusun yayılmadığı bölgə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol