Menu

“Brent” neftinin qiyməti 32 dolları keçib

06.05.2020, 00:03
“Brent” neftinin qiyməti 32 dolları keçib

Dünya bazarında neftin qiyməti artmağa başlayıb.

“Report” xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 01:49-a olan sövdələşmələrin nəticələri göstərir.

Belə ki, London İCE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 17,09 faiz yüksələrək 32,06 ABŞ dollarına çatıb.

Nyu York birjasında isə WTI neftinin qiyməti 24,28 faiz yüksələrək 25,34 ABŞ dolları olub.

***

Brent markalı neftin qiyməti 14 apreldən sonra ilk dəfə 31 ABŞ dolları ötüb.

“Report” xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 22:39-a olan sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Londondakı ICE birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 14,26% artaraq bir barelə görə 31,08 ABŞ dollarına bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol