“HAMISI RÜŞVƏT PULLARIDIR!” – Deputat 450 minlik maşın alan icra başçısına

"Bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alması haqda məlumatlara münasibət bildirərkən deyib.

Deputat daha da irəli gedərək iddia edib ki, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya! Bir o deyil ki, icra başçılarının 90%-i bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam: İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı, elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 manat) dəyərində avtomobil aldığı haqda məlumatlar yayılıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-05-07 10:21:50

Pirallahının başçısı Vasif İmanov və onun qolbəyiləri olan və 2016 cı ildə ölüm hadisəsinin də səbəbkarları olan Manaf Manafovun və Həsən Niftəliyevin də götürülmələrini qeyrətli DTX xahiş edirik. Bütün rayon bu adamların əlindən boğaza yığılıb artıq.

elxan 2020-05-06 23:04:06

ASC sədrinin müavini var hec ali təhsili yoxdu hərbi xidmətdə olmayıb və nəhayət latın qrafikasını bilmir. bu faktır mən ölüm. Amma aida fəhlələrin ən azı 50-60 min manat əmək haqısın yeyir. Tutublar İHB-dan Necə illərdi şah kimi yaşıyırlar nə oldu indi?6

Mustafaoğlu 2020-05-06 19:41:12

Hörmətli Vahid müəllim ! İcra Başçıları rayonlarda özlərini "Padşah" hesab edirlər. Onların qəzəblərinə tuş gəlmiş Vətəndaşlar yuxarı instansiyalara müraciət edirlə,ancaq onların müraciətlərinə baxan yoxdur ? Vətəndaşların Müraciətləri haqqında Qanun işlək vəziyyətində olsa,yerlərdə İcra Başçıları at oynatmaz ? Bütün vəzifələrə özlərinin taxta başlarını yerləşdiriblər,o cümlədən keçirilən Bələdiyyə seç. seçicilərin səsini qazanan namizədlərin adları "Sehrli qutudan" çıxmadı, özlərinin adamlarını Bələdiyyəyə təyin etdilər və vətəndaşın dövlətə olan inamına balta çaldılar. Dövlətimizin nüfuzuna xələl gətirən İcra Başçıları, Nazirləri və komitələrin rəhbərlikləri haqqında ciddi qanuni tədbirlər görülməlidir ..

Şəkidən 2020-05-06 19:05:22

Şəkidə İcra Başçısı Elxan Usubov 2011 - ci ilin may ayından, Birinci müavin Həsən Həsənov 1999- cu ildən, Sosial - iqtisadi inkişafın təhlili şöbəsi üzrə müavin Firon Əliyev 1998-ci ildən , İctimai - siyasi və hümanitar məsələləri şöbəsi üzrə müavin Zərinə Cavadova 2005 - ci ildən, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov 1995 - ci ildən , Hüquq şöbəsinin müdiri Əhmədiyə ( ixtisasca Tarixçidir) isə 1985 - ci ildən işləyirlər... Bu rayonda inkişaf olarmı ? Şəkinin inkişafı üçün aidiyyatı qurumlar tərəfindən araşdırma aparılmalı və nəticəsi barədə Cənab Prezidentə təqdim edilməlidir ? Bunlar özlərinə üşləyirlər ?

Eli 2020-05-06 19:01:11

Bu inzan adi bir vergi idaresinin reisi ve müavini işleye bilmedi işden çıxardılar bit ay çekmedi Qazax kimi ölkeye saydız hezabsız alimler zıyalılat vermiş bir rayona başçı gönderdiler bele kadr siyaseti olar.Üç gün vezifede işlemeyen adam beş deqiqeye yüksek vezifeye teyin edilir.....Ne deyim her yoldan öten bezifede işleyende mekteb olmayanda icr başçıları içeride olacaq bunun özü onların işlediyi rayonların insanların bir tehqirdir yeni görün size kimler rehberlik edir

Qoca Molla 2020-05-06 18:43:42

Icra Hakimiyyetinin bascilari secilmelidirler. Prezident her rayon ucun 2-3 namized teqdim etmelidir. Onlardan biri ise hemin rayon camatin secimine esasen Mer postunu dasimlaidirlar

Eli 2020-05-06 17:15:48

Mence ölkede kadr siyasetine yeniden baxilmalıdır Kadr siyasetin en vacib meselelerdendir bizde bu yoxdur Bir de görürsen bir ailenin bir neçe üzvü getdi vezifeye qafdaşlar bacı. ve qardaş

Cəmşid Dərəələyəzli. 2020-05-06 15:17:04

Uzun illərin məmur cəzasızlığından doğan harınlıq və qudurğanlıq. O həddə ki, artıq Ölkə Başçısının bütün xəbərdarlıqlarına məhəl qoymayacaq həddə.

Mireli 2020-05-06 15:00:58

Ay deputat niye olkede qanunlar islemreyib ki,rusvet,korrupsiya illerle asalib gedib?. Brs bu qeder pplis,prokurorlar,prezident aparati niye ndezaret etmeyibler? Belkr onlara qeyri.resmi icaze veren var? Niye aciqlanmir?

Elchin 2020-05-06 14:11:19

Icra hakimiyyeti struktur olaraq legv olunmalidir. Diger menurlari yukleyen ish adamlarini mehv eden qurum kimi tarixin arxiviine getmelidir

t.ədalət 2020-05-06 13:47:39

Qaradağ rayonu da büdcəni talayır.Onun arxasında K.Heydərovun dayandığı deyilir.

Son yazılar