Menu

Deputatın təşkilatçılığı ilə 8 min ailə Ramazan sovqatı aldı – FOTO, VİDEO

07.05.2020, 15:35
Deputatın təşkilatçılığı ilə 8 min ailə Ramazan sovqatı aldı – FOTO, VİDEO

“Siyəzən broyler” ASC Azərbaycanda pandemiya ilə bağlı əhalinin aztəminatlı hissəsinə yardım tədbirlərinə qoşulub. Şirkət ilk olaraq, öz quşçuluq müəssisələrinin yerləşdiyi regionda çoxsaylı ailələrə dəstək verməyə başlayıb. Lakin “Siyəzən broyler” ASC təkcə Siyəzən rayonu deyil, paytaxt Bakıda da yardım aksiyası keçirməyi planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Heydər Əliyev Fondu və ”Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkə üzrə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə cənubi Qafqazın ən böyük quşçuluq müəssisələrindən biri olan “Siyəzən broyler” ASC də dəstək verib. Aksiya çərçivəsində şirkət Ramazan ayı ərzində Siyəzən rayonunda yaşayan 8 min ailəyə istehsal etdiyi məhsullardan ibarət sovqatların çatdırılmasına başlayıb. Yardım aksiyasının davamı olaraq “Siyəzən broyler” ASC tərəfindən həmçinin, Bakı şəhərində daha 12 min ailəyə ümumi çəkisi 50 tondan çox ərzaq məhsulunun çatdırılması da planlaşdırılıb.

Bu tədbirlə bağlı müəssisəyə baş çəkən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputat Sadiq Qurbanov aksiyanın gedişi ilə maraqlanıb və bu xeyirxah addımı olduqca yüksək qiymətləndirərək, ona dəstək verib. S.Qurbanov ölkənin qarşılaşdığı bu çətinliyin dəf edilməsində dövlət qurumları ilə yanaşı özəl sektorun da aktiv rol almasının vacibliyini qeyd edib. Deputat həmçinin, digər şirkətlərin də “Siyəzən broyler”-in bu addımından ruhlanaraq, bütün regionlarda belə xeyirxah aksiyalar təşkil edəcəyinə ümid etdiyini bildirib.

“AzPolitika.info”


Şərhlər

Rəşad Rəhmanov 2020-05-08 00:25:24

Paylanmasında yaxından iştirak edirəm.. Belə bir təşəbbüslə çıxış etdiyinə Sadiq Qurbanova Siyəzənlilər adından dərin minnətdarlığımızı bildirirəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol