VİLYAM HACIYEVİN OĞLU İŞDƏN QOVULDU - Baş prokuror əmr imzalayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad eduilən Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.

635x100

Şərhlər

KARKOR, ya satqın MV-i 2020-05-08 12:04:48

Sovet hüquq mühafizə işçisinin qohumunu heç maqazinə də qoymazdı?

Arif 2020-05-08 08:27:05

Bu uşaq kefdədir. Ancaq bir neçə milyonluq maşını üzə çıxıb. Üzə çıxmayan bəlkədə onun 10-larla milyon kapitalı var. Bəs bu ali təhsilli maşın yuyan, daş qaldıran qul bazarında oturan oğullarımız necə? İnsanda gərək vicdan ola. Vicdanyoxdursa hamısı bax bunun kimi millətə xəyanət edib atacaqlar. Bunlar hamısı əsl millət xainləridir. Bizdəki talan-qarət dünyada 2-ci bir ölkədə yoxdur. İnanın ki yoxdur.

Seyid Ənhu 2020-05-07 22:51:49

İŞDƏN ÇIXARMAQAZDIR. ONUN HAQQINDA DA TƏHQİQAT APARILMALIDIR. ƏVVƏLA CƏMİYYƏTƏ ONUN MAŞIN KOLLEKSİYASI ÇOXDAN MƏLUMDUR. İKİNCİZİ ATASININ ƏMƏLLƏRİNİ BİLMƏMİŞ DYİLDİR. ÜÇÜNCÜ. İLAN YUMURTASINDAN ANCAQ İLAN BALASI ÇIXIR.

Elxan 2020-05-07 21:56:01

"Dövlət Qulluğu Haqqında Qanun"da qeyd edilib ki,yaxın qohumları məhkumluq həyatı yaşamış dövlət qulluqçularının işinə xitam verilir və yaxud dövləq qulluğunda işə qəbul oluna bilməz.Yəni indiki halda İcra Başçısının oğlunun "öz xahişi ilə" işdən azad edilməsi başadüşüləndir.Sadəcə olaraq mövzunun başlığı("qovuldu) düzgün seçilməyib

Dövlətimizi sevən 2020-05-07 21:12:31

Oğluda atasının hesabına o yüksək vəzifəyə təyin olunub ? Nə üçün kasıb valideynlərin savadlı övladları yüksək vəzifəyə təyinat ala bilmir ?

Mubariz 2020-05-07 20:00:21

Maraqlıdır o biri tutulan İH başçısının da oğlu o idarədə işləyir.Korrupsiya ilə məşğul olanların evladları o idarəyə yığışıb,yoxlanılsa Diplomları da pulla alıblar və pulla da orada otururlar ,ananız ölsün ay kasıb balaları

Eko 2020-05-07 17:08:07

Oqluda atasinin puluynan orda oturub ) Sade adamin o vezifede yeri yoxdu )))) amma oqul ataya , ata oqula cavabdeh deyil (((

Əli 2020-05-07 16:42:38

Ataya görə oğulu və ya qızı cavab verməli deyil. Əgər belə şeylər tətbiq olunsa bu qisasçılığa və başqa neqativ hallara gətirib çıxara bilər.

Ad 2020-05-07 16:34:09

Övlad bir yerdə atasına görə olanda atası gedəndə onun da getməsi adidir.

Cəmşid Dərələyəzli 2020-05-07 15:58:13

Yaxşı olar ki, Kamran müəllim Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin özünün belə ləğv edilməsi barədə Ölkə Başçısı qarşısında məsələ qaldırsın. Onsuz da bu işləri DTX görür

yalçın 2020-05-07 15:30:06

niyə heç bir tədbir görməyib, özü də antikorrupsiyada..söz qalmır deməyə..

t.ədalət 2020-05-07 15:27:37

Atasının qəbahətlərinə görə övladlarını təhdid etmək doğru deyildir.Gəlin,gənclərimizi zədələməyək!Onları qorumağı bacaraq!

Son yazılar