“BU, ADİ CİNAYƏTDİRMİ? YOX, BU, XƏYANƏTDİR!” - Prezident son həbs olunan icra başçısından danışdı

"Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

"Eyni zamanda, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir. Son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir. Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik - hansısa binanın rənglənməsi, yaxud da ki, onların bağçaya xidmət etməsi və digər işlərə. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar, bu gün 250 manat. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir. Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər. Bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər. Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq. Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar", - deyə dövlət başçısı bildirib.

635x100

Şərhlər

Lalə 2020-05-08 11:56:38

Rüşvət və talançılıqda ölkə üzrə İH başçıları arasında birinci yerdə Bərdənin başçısı Vıdadı İsayev durur.İlk növbədə o həbs edilməlidir

Vətəndaş məsləhəti 2020-05-08 08:22:43

Cənab Prezident bu ölkəni talan edən bu nankorların hamısından oğurladıqlarını almaq yaxşı olardı. Əgər alınıb yığılsa bu pullar bizim böyük ehtiyyat fondumuz yaranar ki, indiki kimi vəziyyət bir də yaranda çətinliklə üzləşmərik bir müddət

Prezidentimizi sevən 2020-05-07 22:59:38

Hörmətli cənab Prezident, İcra Başçılarının rayonlarda dövlət əmlaklarının mənimsəmələrinin əsas səbəbkarı PA-nın Məktublar və Regional şöbənin əməkdaşlarıdır. Hər bir rayona PA -ı tərəfindən Kurator təyin olunub və həmin kurator hara baxıb ??? Məktublar şöbəsi də vətəndaşların müraciətlərini araşdırmayaraq, ərizələri baxılmaq üçün şikayət etdiyi ünvanlara göndərib.. Belə hallarda icra başçılarının özbaşnalıqlarına geniş yol açıb, milyonları mənimsəyib və sosial narazılıqların artmasına gətirib çıxarıb... Uzun müddət İH və Nazirlikdən şikayət etməyimə baxmayaraq mənim şikayətimə bu günə kimi əhəmiyyət verən olmayıb ? Sosial narazılıqların yaranmasının əsas səbəbkarları yerində olmayan məmurlardır ??? Şəki rayonunda da vəziyyət olduqca acınacaqlıdır və DTX- nı bizim də rayona göndərməyinizi xahiş edirik.

Vətəndaş 2020-05-07 19:38:11

Bu İcra Hakimiyyətlərinin təyinatında buraxılan səhvlər və nəzaətin olmamasıdır.Ona görə onları tapıb ortaya çıxaranlar və nəzaeətsiz buraxanlar da cəzalandırılmalıdır.Çünki bu məsələ 3-5 İH başçısı ilə bitən deyil.Bu hal ölkədə kütləvi hala çevrilib.fruyiı

Eli 2020-05-07 18:18:57

Men başa düşmürem bunlara kim nezaret etmeli idi bunlar illerle işleyib heç kimin de ceberi olmayıb YeqinDTX evvelki rehberlerinin başı daha “vacib”dövlet ehemiyydtli işler qarışıbbunlar yaddan çıxıb

Son yazılar