Menu

"Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var" - Gennadi Şmal

10.05.2020, 16:03
"Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var" - Gennadi Şmal

"Heydər Əliyev potensialından sona qədər istifadə edilməmiş heyrətamiz insan idi. Məncə, o dünyadan tez getdi. Heydər Əliyev bizim ölkələrimiz üçün hələ çox şey edə bilərdi. Elə Sovetlər İttifaqı üçün də çox şey edə bilərdi. O, bunu daha sonra Azərbaycanın Prezidenti olduğu zaman sübut etmişdi".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Rusiyanın görkəmli dövlət xadimi, Qərbi Sibirdə neft-qaz kompleksinin yaradıcılarından biri, Rusiyanın Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Sovetlər İttifaqının siyasi tarixində böyük rol oynayıb, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü və SSRİ hökuməti sədrinin birinci müavini olub: “Heydər Əliyev həqiqətən böyük hakimiyyətə sahib idi. Mən o zaman dəfələrlə onunla görüşmüşdüm. O, əsl professional idi. Baxmayaraq ki, ömrünün çox hissəsini iqtisadiyyatla deyil, digər məsələlərlə, dövlət təhlükəsizlik orqanlarında çalışmaqla keçirmişdi. Həmin zamanlar bizim hökumətdə Operativ məsələlərlə bağlı Komissiya fəaliyyət göstərirdi. Bu komissiya bütün ölkə üzrə iqtisadiyyata cavabdeh idi. Bu komissiyaya Heydər Əliyev rəhbərlik edirdi. Mən o zaman Neft-qaz nazirinin birinci müavini vəzifəsində çalışırdım. Bizim nazirlik çox ciddi və nəhəng strateji tapşırıqları yerinə yetirirdi. Qərbi Sibirin rayonlarından neft və qazın mərkəzə ötürülməsi və xaricə ixrac edilməsi qarşımıza qoyulan əsas tapşırıq idi. Biz bu tapşırıqları uğurla həyata keçirirdik. Tez-tez Heydər Əliyevlə təmasda olurduq, selektor iclaslar keçirirdik. O zaman SSRİ-ni təkcə ali katib və ya Nazirlər Sovetinin sədri idarə etmirdi, bütöv aparat vardı və bu aparatdakı insanlar ölkənin idarəçiliyi ilə məşğul olurdular. Onlar arasında ən yüksəkdə duranlardan biri məhz Heydər Əliyev idi".

Şərhlər

t.ədalət 2020-05-11 00:20:31

Heydər Əliyevə əsasən Azərbaycanın böyük ehtiyacı var.Çünki Heydər Əliyev Rusiyanı çox yaxşı tanıyırdı.Ona görə də Rusiya onun zamanında barmağını Azərbaycana soxa bilmirdi.Əgər Heydər Əliyev olmasaydı Azərbaycanın müstəqilliyi tez bir zamanda itiriləcəkdi...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol