Menu

“Əlil” və “qüsur” sözləri ilə bağlı layihə parlamentdə müzakirəyə çıxarılır

13.05.2020, 09:44
“Əlil” və “qüsur” sözləri ilə bağlı layihə parlamentdə müzakirəyə çıxarılır

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

“Report”un xəbərinə görə, həmin qanunda bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilir.

Belə ki, qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərhlər

t.ədalət 2020-05-13 12:44:34

Hiss olunur ki,parlasment müzakirə etməyə mövzu tapmır.Baş qatmaq üçün dəyərsiz məsələlərlə gün keçirirlər.Əlil sözü ilə yox,əlilin bu gün düşdüyü ağır durumla məşğul olmaq lazımdır.Əlil ona verilən qəpik-quruşla dolana bilmir.Əhalinin sağlamlığı qayğısına qalınmır.Dərmnanların qiyməti od tutub yanır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol