“Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Müşahidələr göstərir ki, Azərbaycanda obyekt və mallarını sığortalaya bilməyən sahibkarlar tam qanuni işləmir. Bu günlərdə “Eurohome” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı hələ ki, konkret bir söz deyə bilmərəm, amma bu məsələ ilə bağlı araşdırma aparacağıq. Əgər kiminsə sığortası varsa, kompenssiya alacaq”, - o bildirib.
AMB-nin baş direktoru Ziya Əliyev isə deyib ki, hazırda ölkədə daşınmaz əmlakın sığortalanmasına 2 məsələ mane olur: "Bunlardan biri əmlakın qeydiyyatı, digəri isə onun təhlükəsizlik tələblərinə cavab verməməsidir. Sahibkarların əmlakına gəlincə isə, mal qalıqları üçün də sığortanın tətbiqinin mümkün olmaması "qara mühasibatlığ"ın mövcudluğu ilə bağlıdır. Sığorta şirkətləri ticarət mərkəzlərindəki qalıq malların dəyərini hesablaya bilmədiyi üçün onları sığortalamır".


Şərhlər
Bu özü qanunla işləyir? Boş bir spz buraxıb işlədiyi təsəvvürü yaratmağa çalışır.O harafan və necə bilər ki, sahibkarlar qabulsuz işləyirlər? Bunun üçün verdi,polis.prokurorluq orqanlrı yoxdur?Yəqin yaş öz sözünü deyir.amma hökumət nəənsə fərqinə varmır.
Ölkədə əsas qanun pozuntuları maliyyə pul sistemində olub. Böyük talanlar maxinasayala bank yolu ilə aparılıb və ya banklar yolu ilə ofşorlara ötürülüb. Bir Beynəlxalq bankdan hələ yazılanlara deyilənlərə görə bir neçə milyard pul yox olub. Və bu bankda gedən prosesləri milli bankın görməməsi qeyri mümkühdür. Görməyibsə deməli..? Və başqa bütün böyük iqtisadi cinayətlərin, maxinasiyaların toçkasını banklar qoyur.