Menu

Dağlıq Qarabağda yoluxan ermənilərin sayı 20-yə çatdı

13.05.2020, 15:20
Dağlıq Qarabağda yoluxan ermənilərin sayı 20-yə çatdı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa yoluxan ermənilərin sayı 20-yə çatıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, son sutkada koronavirusa 6 erməni yoluxub.

Yoluxma hadisələri isə işğal altında olan Kəlbəcər rayonunda qeydə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl Qarabağda virusa yoluxan ermənilərin sayının 20-dən çox olduğuna dair məlumat yayılmışdı. Ancaq sonradan Ermənistan mətbuat bu rəqəmi azaltdı. Separatçılar ermənilərin pandemiyadan vahimələnərək bölgədən qaçacağından ehtiyatlandıqları üçün yoluxanların və ölənlərin sayını gizlədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol