Menu

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi

14.05.2020, 15:56
Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etdi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyun ayının 12-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, MPM-in 403.2-ci maddəsindfə deyilir:

“Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər”.

Şərhlər

Əli 2020-05-14 17:52:02

bu düzgün deyil. İş üzrə qərardat çıxıbsa və ondan şikayət etmə vaxtı ötübsə təzədən təqdimat verilələk işə yenidən baxmaq düzgün deyil. Mən qəti bunun əleyhinəyəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol