Menu

Azərbaycan kərə yağı idxalını 30% artırıb

16.05.2020, 16:28
Azərbaycan kərə yağı idxalını 30% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 26,8 milyon ABŞ dolları dəyərində 5,4 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,2 milyon ABŞ dolları (30%) və 1,2 min ton (30,1%) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8%-ni təşkil edib.

Şərhlər

t.ədalət 2020-05-16 18:17:31

Azərbaycanda kərə yağının alveri oliqarxların əlindədir.Ona görə də qiymət bahadır.Həm də Koozl kimi yezuitlər yağı kimyəvi qatqılarla hazırlayır.Qarşısını almaq yox,Koozla dəstək olanlar çoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol