Menu

Rusiya Özbəkistanı da "rusdilli" etmək istəyir - Kreml Daşkəndin daxili siyasətinə müdaxilə edir

16.05.2020, 16:59
Rusiya Özbəkistanı da "rusdilli" etmək istəyir - Kreml Daşkəndin daxili siyasətinə müdaxilə edir

Rusiyanın Xarici İşlər Nazirliyi Özbəkistanda dövlət dili ilə bağlı qanun layihəsi ətrafında yaranmış mübahisələri şərh edib. Bu qanun layihəsi Özbəkistanda kargüzarlıqda özbək dilindən dövlət dili kimi istifadə etməyən vəzifəli şəxslərin və məmurların cəzalandırılmasını nəzərdə tutur.

Azadlıq Radiosunun məlumatına görə,  Rusiya XİN-in sözçüsü Marya Zaxarova bu qanun layihəsi ilə bağlı mövqeyini bildirib. 

O növbəti dəfə deyib ki, Özbəkistanda kargüzarlıqda dövlət dilindən istifadə tərəfdarlarının aşkar azlıqda olduqları görünür: "Biz bu qanun layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində gedən polemikaya fikir vermişik. Belə bir təəssürat yaranır ki, bu qanun layihəsinin tərəfdarları aşkar azlıqdadırlar. Şərhlərin çoxunda rus dilinin rəsmi istifadədə saxlanması dəstəklənir. Bu, tarixin, zamanın və ikitərəfli münasibətlərin ruhuna tam uyğundur. Ən əsası, bu, Özbəkistanın Rusiyada təhsil almaq və işləmək istəyən vətəndaşlarının mənafeyinə uyğundur”.

Rusiya XİN-in sözçüsü habelə Özbəkistanda Rus dilinin tədrisi proqramlarından söz açıb. Zaxarova deyib ki, bu proqramlara əsasən Özbəkistanda əlavə olaraq Rus dili mərkəzlərinin açılması, Özbəkistana rus dilində dərslik, metodik vəsait və bədii ədəbiyyat göndərilməsinin intensivləşdirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü deyib ki, Rusiya ali məktəblərində Özbəkistan abituriyentləri üçün “rus filologiyası” ixtisası üzrə pulsuz yerlərin artırılması planlaşdırılır.

Bundan əvvəl Özbəkistanın Ədliyyə Nazirliyi bir sıra Rusiya medialarının “təxribatçı təbliğat” xarakterli yazılarını pisləmişdi. Nazirlik bildirirdi ki, qanun layihəsindən məqsəd Özbək dilinin dövlət dili kimi mövqelərinin möhkıəmləndirilməsidir.

Ədliyyə Nazirliyinin tərtib etdiyi bu qanun layihəsi qəbul olunarsa, Özbəkistanda kargüzarlıqda Özbək dilindən istifadə etməyən vəzifəli şəxslər 446 min somdan 1.1 milyon somadək (44 dollardan-108 dollara) cərimə olunacaqlar. 

Açıq  görünür ki, imperiya siyasətini davam etdirən Rusiya keçmiş ittifaq respublikalarında öz dilində danışa bilməyən manqurtlar yetişdirmək siyasətini davam etdirir. Hansı ki, lazım gələndə onlardan öz məqsədləri üçün istifadə edir.  

Şərhlər

Eli 2020-05-16 21:20:33

Bunların işi her bir köhne sovet respublikasında bir qarabax yaratmaqdorBünlar üzaqgören olsaydılar ele öz milletine gün ağlıyardılar

Eli 2020-05-16 21:09:23

Gülmeli odur ki yer küresinin faydalı qazıntılarının üçde biri bunların torpağındadır bunlar milleti dolNdıranmır dövletı saxlıyammır İkincı dünya mübaribesini güya bunlar udub İndi qalib ölkenin prezidenti müaliceye Aşmaniyaya gedir diger prezident öeğlub ölkenin maşınında resmi gezirBuyurun özünü dolandıra bilmir qonşulara deyir grlin size kömeklik edim Gülmeli deyil

Eli 2020-05-16 21:01:49

Bu Rusiya ne gindedir dunya servetinin üçde bi bunlarda milleti dolandırd dövleti saxlayabilmirler İkinci dünyammüharibesini güya bunlar udub almanlar uduzun Qeribesi odur ki udam öökenin prezidenti

Eli 2020-05-16 20:53:06

Bunlar sovetim vaxtı da indi de her şeyde hamıdan gerixed

Eli 2020-05-16 20:41:19

Qeribesi odur ki bütün sahelerde dünya bir terefe düzgün terefe bunlar eks terece gedir Özü de bunlarda her şey “ blefdir” raket oğurluq maşin vaqon teyyare gördüyümüz her şey oğurluqdurnSovetın vaxtında ya ev tike bilmirdi maşın istehsal

Əlİ 2020-05-16 20:18:25

Özbəkistanda əgər karguzarlıq rus dilindədirsə deməli özbəklər artıq assimilyasiyaya uğrayıbrar

musa 2020-05-16 19:55:47

ruslar .... hec vaxt al cakmir

Eko 2020-05-16 19:55:41

Bu rusdar kimi ,... politika yeriden , millet yoxdu !!!!

Eli 2020-05-16 19:32:46

Göresen dünyada bu rus imperiydüşünceli memurlardan ve siyasetçilerden gerizekalı adam var bunlar hdle

vetendash 2020-05-16 18:17:33

Ozbekistanin kechmish - merhum (dunyasini deyishmish) prezidenti Islam Kerimovun arvadi RUS - dur ve bu sebebden, Zaxarova CESARET ile MUDAXILE EDIR Ozbekistanin DAXILI SIYASETINE ............

t.ədalət 2020-05-16 18:15:04

Özbəklər bizdən fərqlidir.Özbəkistanı bizim kimi rusdilli etmək mümkün deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol