“YAP RƏHBƏRLİYİNƏ TƏSADÜFİ ADAMLAR ÇIXIB...” – "Beləsini irəli çəkmək səhv addım idi"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov "Demokrat.az" xəbər portalına qısa müsahibə verib.

Həmin müsahibəni təqdim edirik: 

- Misir müəllim, Azərbaycanda aparılan islahatlar fonunda son aylarda vəzifə başında cinayət törətdiklərinə görə ifşa olunaraq həbs olunan məmurlar barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, cənab Prezidentin bu istiqamətdə atdığı addımları təqdirəlayiqdir. Bu addımlar gələcəkdə də davam etdirilməlidir və kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir. Ölkə başçısının həyata keçirdiyi son islahatlar cəmiyyət tərəfindən də çox müsbət qiymətləndirilir.

- Həbs olunan məmurların əksəriyyəti siz təhsil naziri olduğunuz dövrdə də icra başçı vəzifəsində çalışıblar. Həmin vaxtlar onların qanunsuz hərəkətləri ilə heç qarşılaşmısınızmı?...

- Bəli, nazir işlədiyim dövrdə də görmüşəm, indi də görürəm. Şübhəsiz ki, bunu hamıya aid etmək olmaz. Mən nazir işlədiyim dövrdə elə icra başçıları var idi ki, məktəb direktorlarının və təhsil şöbəsi müdirlərinin fəaliyyətinə müdaxilə edirdilər, müxtəlif əsassız fikirlər irəli sürərək, məktəbləri birbaşa öz təsirləri altında saxlamağa çalışırdılar. Bu isə təhsil sahəsində inkişafa mane olurdu və indi də olmaqdadır.

Bilirsiniz, gərək hər kəs ona tapşırılan işlə məşğul olsun. Hər vəzifənin öz səlahiyyətləri var. Kifayət qədər iş var, ən yaxşı o olar ki, hər kəs ona tapşırılan işlə məşğul olsun. Daha başqasının işinə müdaxilə etməsin.

Mənə elə gəlir ki, atılan son addımlar da bəzi məmurların öz işləri ilə deyil, başqa işlərlə məşğul olmasının nəticəsidir.

Şəhriyarın çox gözəl bir sözü var: “Bizdən irəlidədir avropalılar, işi işbilənə tapşırır onlar”. İndi işi işbilənə tapşırıb, onlardan da işi tələb etmək lazımdır.

- Bu yaxınlarda Mədəniyyət Nazirliyində də yüksək vəzifəli adamlar, o cümlədən nazir müavini həbs edildi. Sizcə, bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi?...

- Bu barədə konkret bir söz deyə bilmərəm. Ancaq Mədəniyyət Nazirliyində də hər kəs öz işi ilə doğru-düzgün məşğul olsaydı, o zaman bu işlərin heç biri baş verməzdi. Təəssüf ki, bəzi hallarda yollarını azan, səhv yollara düşən şəxslər olur və bu da cəmiyyətdə belə halların baş verməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hər kəs öz törətdiyi əməllərinə görə gec-tez cavab verir və verməlidir. Ona görə digər vəzifəli adamlara da tövsiyə edirəm ki, onlar öz işləri ilə vicdanla məşğul olsunlar.

- Ölkə başçısı bir neçə ay əvvəl medianın işini tənqid edərək bildirmişdi ki, Azərbaycanda ideologiya sahəsində ciddi boşluqlar mövcuddur. Az sonra bu sahəyə cavabdeh olan Prezidentin keçmiş köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi, onun rəhbərlik etdiyi şöbə isə ləğv olundu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlərindən biri olaraq həmin ideoloji boşluqları nədə görürsünüz?

- Bilirsiniz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı partiyaya sınaqdan keçməmiş yad adamı qəbul etmək və onu rəhbər vəzifələrə irəli çəkmək səhv addım idi. Şəxsən mən hesab edirəm ki, bu cür şəxslər hərtərəfli araşdırılmalı, tam sınanmlı və daha sonra irəli çəkilməlidir. Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib. Belə halların olması təəssüfedicidir. Ancaq belə hallar dünya təcrübəsində mövcuddur. Düşünürəm ki, bu cür hallar nə qədər az olsa, o zaman bizim millətin işi daha düzgün qurular.

Şəxsən mənə Yeni Azərbaycan Partiyasının vəsiqəsini Ulu Öndər Heydər Əliyev özü təqdim edib. Bu gün də bu partiyanın və YAP Siyasi Şurasının üzvüyəm. Dəvət edildiyim bütün tədbirlərdə iştirak edirəm...

635x100

Şərhlər

MEMATİ 2020-06-01 10:12:03

bu hakim partiya 2008-ci ilden siralarina bu devleti istemeyenleri yerlesdirdikce onllara vezife verdikce esl yapçilar yavas-yavas künce sixişdirildi ve

Cahangir 2020-05-31 23:26:13

cənab eks-nazir, Sizə bir sualımız vardır: Sİzin Azərbaycanın ALmaniyadakı Səfirliyində Bahrət adlı bacanağınız oşləyirdi. Sonra qəflətən onun özünü öldüdrdüyünə (asdığına) dair xəbərlər yayıldı. Kluar söhbətlərdə həmin şəxsin Misr Mərdanovun daşınmaz əmlakı və Almaniyadakı pullarının idarəetməsinə dair iddalar mövcuddur. Həm də bu işdə Berlindəki Səfirliyimizin də iştirakı məlumdur. Hörmətli Misir müəllim, sadalanan ittihamları inkar etmək istəyirsinizmi?

Abbas 2020-05-27 22:13:22

Elə YAP özü təsadüfən yaradıldığından təsadüfi adamlar da oraya yığılıb26-27il ölkə tə tərəfndən belə idarə olunur.0....

Prezidentimizi sevən 2020-05-24 20:30:54

Həqiqətəndə YAP rəhbərliyində təsadüfü adamlar yüksək vəzifəyə təyinat alıblar... Şəki İHB-nın 1-ci müavini Həsən Həsənov 21-ildir həmin vəzifədə işləyir,o cümlədən 21- ildir ki YAP sədridir... Layiq oldu olmadı, bütün qohum qardaşlarını partiyada vəzifə tuturlar... 2019-cu ildə keçirilmiş Bələdiyyə seçkilərinə YAP -dan namizəd verilmiş şəxslərin heç birinin əhali arasında nüfuzu olmayan adamlar idi və onlar Bələdiyyə üzvülüyünə təyin olundular ? Əalinin səs verdikləri Bələdiyyə üzvülüyünə namizədlərin heç biri "Sehrli Qutudan" adları çıxmadı ? YAP - ı nüfuzdan salan, vəzifə səlahiyyətindən istifadə edən məmurlar haqqında ciddi cəza tədbirləri görülməlidir ki, başqalarıda görülmüş cəzalardan özləri üçün ibrət dərsi götürməlidirlər ? YAP-nı nüfuzdan salan yerində olmayan məmurlardır ?

Misir Mərdanova 2020-05-20 14:48:50

Bütün bu yaramazlıqların (rüşvt,korrupsiya,büdcə yeyintidi,mənimsəmə,vəsaitləri xaricı daşıma halları YAP üzvlərinin öndə edənlərinə mənsubdur....

Aqahüseyin Aqayev 2020-05-19 19:53:11

Saq ol Misir müəllim həyatımda bir TƏHSİL naziri ğörmüşəm MÜƏLLİM.Oda SİZSİNİZ.MÜƏLLİM bu adın qarşısında baş əyirəm MÜƏLLİM ATADIR,ANADIR,AQSAQQALDIR,CÜNKÜ O MÜƏLLİMDİR.Bir dəfə məni MÜƏLLİM vurmuşdu atam bildi məni o qədər döydü ki , birdə məni müəllim vurmadı.CÜNKÜ səhvimi QANDIM. İndi cox .... SİZİNKİMİ ZİYALIYA İRAD TUTURLAR.

Aslan 2020-05-19 17:04:10

....Cinayətkar ünsürlrini isə cinayətə cəlb etmək məcburidur.....

Babaxan 2020-05-19 13:15:46

İndi bəzi nazirlərə baxanda Misir Mərdanova şükürlər oxuyursan.

kasıb 2020-05-19 07:58:44

Bu talançılar hamısı 99 faizi YAP-ın yetirmələridir. Bunu inkar eləmək mümkün deyil...

ejder 2020-05-19 00:38:13

yeyib,daqidan guya bu deyil.indi elmi iwle mewquldu....

pensioner 2020-05-18 21:31:00

Yalan danışır. YAP rəhbərliyində təsadüfi adamlar ola bilməz.

nihad 2020-05-18 20:47:47

bu adam onlardan biri deyildimi

nihad 2020-05-18 20:37:43

bu adam onlardan biri deyildimi

t.ədalət 2020-05-18 19:15:11

YAP da müxalifət partiyaları qədər təhlükəlidir.Onun sıralarında təsadüfi olmayan adam varmı?

Mubariz 2020-05-18 17:22:07

Dağıl a dünya , kor-kora lağ eləməsə ürəyi partlayar.AzPolitika sizlər bu xalqı dolayan adamlara Misirlərə ,Çingizlərə nə bilim nələrə yer verməklə xalqın mənəviyyatını korlayırsız.Şərh hissənizi qapadın,onsuzda vermirsiz ,əvvəlki cəsarətiniz yoxdur

Son yazılar