“Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 1 500 nəfərin Almaniyanın müavfiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb:
“2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.
Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar:
“Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.


Şərhlər
A qardaş
bir qrup məmur qohum-əqrəba butun vezifeleri ishgal edibler, milletde evini eshiyini sataraq gurbetlere uz tutub, milyonlarla insan.
Nazirde ve birinci muavinde naxcivandandir. Butun vezifeleri ishgal edibler, milletde evini eshiyini sataraq gurbetlere uz tutub, milyonlarla insan.
beli
hamsini Almaniya hokumeti geri gondermelidir. Delalarin komeyi ile gedib Almaniyaya