“Bu gün Azərbaycan xalqının hamısı uşaq pulunun bərpa olunmasını tələb edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib.
O bildirib ki, hamının tələb etdiyi, bu qədər narazılıq yaradan uşaq pulu məsələsinin bərpa olunması üzərində hökumət işləsə yaxşı olar: “Ünvanlı sosial yardımla uşaq pulunun bərpa olunması arasında elə çox fərq yaranmır. Mən hesablamalar apardım, bu rəqəm 70 milyon manatı keçmədi. İqtisadçılardan da bu məsələyə diqqət yetirmələrini təklif edərdim. Eyni zamanda hökumət də bu məsələyə baxsın. Çünki bu, siyasi etimad məsələsidir”.
T. Kərimli qeyd edib ki, bir çox deputat sosial şəbəkələrin qurbanı olub: “Bizim sözlərimiz çox vaxt kontekstdən çıxarılaraq təqdim olunur”.


Şərhlər
Bu qurbanlardan biri de sizsiz. Her wey medianin elindedir.
Gorun prestroykanin havasindan mest olub Gorbocovu hebs etmek isteyen sosial shebekelerden nece gorunur. Mence buna hec ehtiyac yoxdur. Yegin bu soyush soyen Hadinı nezerde tutur.
Çox doğru yorumdur, mövqedir
Amma bir çox "deputatın" Milli Məclisdə oturdulması insanlığın,həqiqətin qurban vrlməsi və.millətlə hesablaşmamanınn nəticəsidir.
Bu bir vaxtlar özünü MM -də öldürmək istəyən Tahirdir ? Bərəkallah .