KORRUPSİYADAN DANIŞMAQ ONA YARAŞIR... – Yaxud Mərdanovun təmizlikdən dəm vurmaq haqqı

Təəssüf ki, Azərbaycanda nə qədər həbs olunmadan vəzifədən uzaqlaşdırılan iri və orta “kalibrli” məmur var, az qala hamısını doldurublar elm sahəsinə - akademiyaya, institutlara və sair. Sanki hakimiyyət bunlardan birtəhər canını, yaxasını qurtararaq, “elmi-mədəni sürgün”ə göndərib...

Lakin bu adamlar oturduqları “isti yerdə” də dinc durmayıb, ölkədə baş verən hansısa prosesə, hadisəyə “ağsaqqal münasibəti” bildirəndə, istər-istəməz insanlarda qıcıq yaradırlar. Sabiq Təhsil naziri, hazırda isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini tutan Misir Mərdanov kimi. Sabiq nazir ötən gün verdiyi müsahibədə ölkədəki korrupsiya ilə bağlı mübarizə tədbirlərini dəstəkləyib və tərifləyib.

Əslində, belə adamların siyasi hakimiyyətin hansısa addımını tərifləməsi, dəstəkləməsi elə həmin hakimiyyətə qarşı az qala təxribat xarakteri daşıyır. Çünki cəmiyyətdə bunlara qarşı olan antipatiya onların təriflədikləri siyasi hakimiyyətin istənilən müsbət addımına da şübhə ilə yanaşmağa əsas yaradır, həmin prosesi kölgə altına almış olur.

Axı hansısa mövzuda mühakimə yürüdən adamın kimisə ittiham etməsi üçün buna birinci növbədə özünün mənəvi haqqı çatmalıdır. Bu baxımdan Misir Mərdanovun korrupsiya ilə mübarizəni tərifləməsi, hansısa iri məmuru, icra başçısını korrupsiyaya, rüşvətə görə qınaması, üstəlik təmizlikdən danışması göstərir ki, utanmaq, öz abırına sığınmaq kimi hissləri itirmək o qədər çətin iş deyilmiş... Bu, əyri-üyrü yollarla, mərdiməzarlıqla, yetim-yesirin haqqını yeməklə qazandığı pulun cüzi hissəsini xərcləyib Həccə gedənlərin orada özlərindən qat-qat məsum olan şeytana daş atmasına bənzəyir.

Məhz korrupsyanı “bəh-bəhlə” Azərbaycan təhsilinin iliyinə qədər yeridən Mərdanovun sayəsində rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları rüşvətlə təyin olunmağa başladı, tələbə köçürmələri “ən yağlı iş”ə çevrildi, nazirlikdə qohumbazlıq, yerlibazlıq “çiçəkləndi”. Hər il nazirliyə ayrılan 100 milyonlarla dollarlıq investisiya təyinatlı büdcə vəsaitlərinin talan edilməsinə, mənimsənilməsinə dair həmin dövrün mətbuatında yüzlərlə fakta, şikayətə rast gəlmək olar. Təkcə onu qeyd etmək yetər ki, Mərdanov nazir postundan atılandan sonra Azərbaycan məktəblərində 2500 saxta diplomlu müəllim aşkar olundu. İndi ölkə təhsilinin kökünü baltalayan, onu açıq bazara çevirən belə birisinin təmizlikdən danışması, həbsləri dəstəkləməsi necə ikrah hissi doğurmaya bilər?

M.Mərdanov müsahibəsində deyir ki, onun nazir olduğu dövrdə də icra başçıları təhsil şöbələri müdirlərini, məktəb direktorlarını öz təsiri altında saxlamağa çalışırdılar. Azərbaycanda rüşvətə “vəsait” adı qoyan klassik məmur təbəqəsinin ən parlaq nümayəndələrindən olan sabiq nazirin “öz təsiri altında saxlamaq” deyəndə nəyi nəzərdə tutduğunu anlamaq çətin deyil. Ancaq bu adamdan soruşan yoxdur ki, nazir ola-ola bircə dəfə mərdliyi, cəsarəti çatıb hansısa icra başçısının qabağına çıxa bilibmi, onların özbaşınalıqlarını ictimailəşdiribmi, etiraz edibmi? Bircəciyinin əməlini ifşa edibmi? Deyibmi ki, başçılar təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına “haqq qoyduqları” üçün onlar da məktəbləri bazara çeviriblər? Yox! Niyə? Çünki elə özü onlardan da betər olub! Çünki ölkə, xalq üçün strateji sahə olan təhsili alim, nazir yox, ferma müdiri kimi idarə edib. Çünki təhsil şöbələrini “sağmal inəyə” döndərib - özü bir tərəfdən sağıb, icra başçıları da o biri tərəfdən. Və şübhəsiz ki, icra başçıları korrupsiya bacarıqlarına, istedadlarına görə klassik məmur-oliqarx zümrəsinin “ulduz”larından olan Mərdanovun yanında “xırda balıqlar” olublar...

“Bir nazir bu qədər vaxtda öz müavinin əməllərindən xəbərsiz ola bilərmi” sualına cavab verən M.Mərdanov “bu barədə konkret bir söz deyə bilmərəm” deyib. Bununla suyu da üfürə-üfürə içərək, hələ ki, vəzifəsində qalan Əbülfəs Qarayevin xətrinə dəymək istəməyib, düşünüb ki, nə bilmək olar, bəlkə heç çıxartmadılar... Ardınca PA-nın sabiq şöbə müdiri və artıq “vurulduğu” kəsinləşən Əli Həsənovla bağlı suala cavabında isə deyir: “Çox təəssüf ki, bəzən təsadüfi adamlar yüksək vəzifələrə və YAP rəhbərliyinə qədər gəlib çıxa bilib...”

Baxın, bu adam 15 il Azərbaycan təhsilinə rəhbərlik edib və təəssüf ki, onu da özünə oxşatmağa nail olub.

Nəhayət, Mərdanovun həmin müsahibəsində korrupsiyaya qarşı mübarizə tədbirləri barədə bir fikri var - “kim tutduğu vəzifəyə layiq deyilsə, oradan uzaqlaşdırılmalı və yerinə daha bacarıqlı və təmiz insanlar gətirilməlidir” - necə ki, onun özünü 7 il əvvəl layiq olmadığı vəzifədən gec də olsa uzaqlaşdırdılar...

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Semed 2020-05-27 02:01:57

İndiki Misir müəllim yoxdu 1 çi sinifə uşaq qoymaq ali məktəbə qəbul.olunmaqdan çətin olub

Tahir 2020-05-22 00:19:13

Misir Märdanov Azərbaycanın gizli milyonçularından biri sayılır, sayi-hesabı bilinməyən mülklərə malikdir, o cümlədən Avrropada, xüsusən Berlin şəhərində daşınmaz əmlak sahibidir. Misr Mərdanovun bir gizli qabiliyyəti də vardır: çirkli pulları Avropada yumaq. Bəli-bəli... Bu işdə ona Azərbaycan Respublikasının Almaniyadakı SƏfirliyi də yardımçı olur.... Oradakı səfir Ramin Həsənov onun eloğlusudur, eloğlu da ona "diplomatiçeskiy prikıritya", yanı diplomatik pərdə təşkil edir, beləliklə diplomatik-maliyyə kanalları ilə Misir müəllimin pulları Almaniyaya çatır, daha sonra nəğdləşdirilərək Səfirlikdə saxlanılır. Nəhayət, üçüncü şəxslərin vasitəsi ilə Almaniayda müxtəlif sahələrə yatırılır. Beləcə, hörmıtli el ağsaqqalı təxminən yarımmilyon avronu Almaniyaya trasnfer edir, Səfirlik də "otkat" payını alır.

Ali 2020-05-21 20:27:11

Azərbaycanda vicdan, mənəviyyat yerlibazlıqdan, qohumbazlıqdan, yaltaqlıqdan daha qioymətli keyfiyyət kimi dəyər qazananmayınca belə olacaq. Xirtdəyə kimi çirkab içərisində ümzüşlər təmizlikdən dəm vuracaqlar, onların nökərləri, qabağından qalmış artıqla dolannaları, kirvələri, əmiqızıları, yaxşı qonorar almış məşuqələri isə onun güya "təmiz" olduğu barədə canfəşanlıq edıcəklər. Kimi aldatmağa çalışırsınız, ay yazıqlar? Camaatın gözü, qulağı yoxdur bəyəm? Azərbaycanda təmiir-tikinti biznesi ilə mə.ğul olan Miosrin xalası ya dayısı oğlu ....verdinin öz qohumuna nələr çapıb verdiyini insanlar bilmirmi? Bəs perevod biznesi, bəs ABU- nun məzunlarına diplomların baha qiymətə satılması?

Eli 2020-05-20 23:18:45

İnanın ki men yAzılanları oxumamışam ancaq bir şeyi deye bilerem ki Misir Merdanov daha yaxşı nazirdir....

Murad 2020-05-20 22:43:14

Xalqımızın hörmətli ziyalısı haqqında Vaqif Nəsibovun yazdıqları doğru deyil.... Bu tipli yazılar nəyə lazımdır?

Mehriban 2020-05-20 22:40:48

Mən Misir Mərdanovu, ailə üzvlərin, qohum-əqrəbasını uzun illərdir ki, yaxşı tanıyıram. Onun ailə üzvləri və qohum-əqrəbaları sadə azərbaycanlılar içində olub və onlardan fərqlənmıyiblər.Məhz ona görə bu gün Misir Mərdanov hər yerdə böyük hörmətlə qarşılanır.

Mehriban 2020-05-20 22:37:19

Mən

Mehriban 2020-05-20 22:36:32

Mən Misir Mərdanovu və onun ailəsini yaxşı tanıyıram.Onun övladları və qohumları hər zaman sadə adamların içinfə

Sabina 2020-05-20 22:17:01

Görəsən bu Vaqif Nəsibovun özü kimdir və haradan tanıyır Misir Mərdanovu. Mən şəxsən hazırda Misir Mərdanovla birlikdə işləyirəm və deyirəm ki, bu yazılanların hər biri iftiradır. Misir Mərdanov bu gün millətin arasında üzü ağ, başı uca gəzənlərdən biridir... Bəs Siz kimsiniz "Hörmətli Vaqif Nəsibov".

rasim 2020-05-20 20:48:52

misir merdanov vaxtinda direktor 10000-50000dek ishe duzelmek 3000-10000 dek rayondan asili olaraq .sizin kimi korupsioner axtarmaq lazimdir .hele adini da muellim.qoyub Siz muellim adina lekesiz .Misir Merdanov

Samir Məmmədov 2020-05-20 12:29:51

Bir vaxt tarix açılanda Misir Mərdanovun Azərbaycan təhsilini 30 il dala saldığı tam açıqlığı ilə bilinəcək. Özünü ziyalı adlandıran bu şəxs Təhsil sistemindəki korrupsiya sxemini riyazi hesablamalarla qurmuşdir ki bir qəpik belə itkiyə getməsin. Axı o riyaziyyatı yaxşı bilir. Həqiqi ziyalı olasaydı təhsilimiz bu gün bu vəziyyətdə olmazdı. Heç bir bəhanə keçərli deyil. Onun buna tam səlahiyyəti və imkanı vardı. Sadəcə çox pul qazanmaq və böyük biznes imperiyası qurmaq eşqi üstün gəldi. Ar olsun.

rasim 2020-05-20 10:42:42

misir merdanovun vaxtinda hem ali - hem de orta mektebler aciq bazar idi- mekteb direktoru teyin olunmaq ucun 100 manat rusvet verilirdi. ayliq haqq hesab ise oz yerinde. eyni zamanda butun tehsil sistemi qerbi azerbaycanlilarin elinde cemlenmisdi- burada regionculuq ve qohumbazliq tuqyan ediirdi/

ilham 2020-05-20 09:35:55

gözəl məqalə

Naxçıvanlı 2020-05-20 08:51:01

Vaqif müəllim sizə minnətdaram ki, bu öz gözündə tiri görməyib başqasinin gözündə tük axtaran, Azərbaycan təhsil sistemini məhv edən bu korrupsuener, "riyaziyyat dahisi"nini riyakar əməllərini iti qələminizlə lakonik formada ifadə etmisini. Sağ olun. nə yaxşı ki varsiniz.

Konul Baqirova 2020-05-20 00:33:43

Mence sehv edirsiniz.Misir Merdanov muellim adina layiq olac en az sayda memurlarimizdandir.O gozel insan,savadli muellim,edaletli bir ictimai xafimdir.Onun vezifede olduqu dovr de bash verenler ise cenab Merdanovun gunahi deyildi....

Tanish 2020-05-19 23:35:52

Chox saq olun duz doguzu vurmusunuz, bunu azerbaycanda uze cixmasina o vaxtlar Ermenistan SSR-in ali sovetinin sedri Ambarsumyan yoldashin AZerbaycan MK katibi Haciaga Ibrahimova tapshirmasi olub deyirler. Chunki....

Seyid Ənhu 2020-05-19 23:00:41

Məqalə müəllifinə təşəkkür edirəm.

t.ədalət 2020-05-19 21:43:48

Rəhmətlik şair Firudin Şimşək deyirdi ki,Misir Mərdanovun elmi işini erməni Qalustyan yazıb.Bu haqda o ,hətta Heydər Əliyevə də məktub yazmışdı.Sadəcə olaraq, indiki bəzi nazirlərə baxanda M.Mərdanov toya getməli idi..

Oxucu 2020-05-19 21:25:22

2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda bütün rayon icra hakimiyyətlər başçılarının qarşısında özünü rüşvətdə ittiham etmiş Hacıbala Abutalıbovun korrupsiya barəsində fikirləri oxumaq çox maraqlı olardı

Mirzə Ağ 2020-05-19 21:24:49

Tənqid ona kar etməz - drisi çox qalındır

Aqahüseyin Aqayev 2020-05-19 20:11:04

Vaqif müəllim tənqid qərəzli olmaz mən 1970-ci ildə təhsil almışam özüm də CƏNUBLUYAM 56-ildir QARADAQDA yaşayıram fəhləlikdə rayon rəhbərinə qədər bir yol kecmişəm.Bu ğündə bu rayonda təqaüddəyəm.Qaldı Misir müə. o MÜƏLLİM iydi UCASKOVU YOX.Kaş bütün nazirlər Misir kimi İcra Başciları 1993-2000-ci ildəki kimi Biz işləyəndə rayonun büccəsi Bir milyon iydi İNDİ YÜZ milyonla ölcülür.Bizim ğördüyümüz işlərə baxın İNDİKİ ...

Son yazılar