“BAKIDAYAM, İBADƏT EDİRƏM...” – Ziya Məmmədov karantin günlərindən və həbslərdən danışdı

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Musavat.com-a açıqlamasında ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən və bu günlərdəki fəaliyyətindən danışıb. 

Sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb: “Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.

Ziya Məmmədov son dövrlərdə icra başçıları və yüksək ranqlı məmurların korrupsiya əməllərinə görə saxlanılması məsələsinə aşağıdakı kimi münasibət bildirib: “Dövlətin bütün tədbirlərini bütün dövrlərdə dəstəkləmişəm, dəstəkləyirəm və uğurlar arzu edirəm. Onların əməllərinə isə hüquq-mühafizə orqanları qiymət verəcək. Başqa fikir bildirmək istəmirəm".

Sonda Ziya Məmmədov hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib: “Bu günlər ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.

635x100

Şərhlər

vidadi goyce 2020-06-02 08:53:34

ziya memmedov ibadet........................haaaaaaa metamorfoza

Eli 2020-05-22 02:10:10

Düz edir sabiq nazir hamımız günah içindeyik bunlarınkı bir aZ çox olar Esl tövbe zamanıdır

Amin 2020-05-21 09:50:51

Heç olmasa bu kişi çəkilib gedib oturub evində, bəs ... və s.(onlarlardır) niyə getmirlər?

Taksist 2020-05-20 23:24:51

Qoçuların indi olsa idi bizi bir az döydürərdin. Mənə əsas təsir edir ki, sən ki bəzilərindən fəqli olaraq təmiz qanlı azərisən, öz millətinə qarşı niyə bu qədər qəddar idin?

Seyid Ənhu 2020-05-20 22:16:26

İBADƏTLƏ CANINI QURTARACAĞINI DÜŞÜNÜR. HEÇ ELƏ ŞEY YOXDUR. BƏS BİZ? BİZİM HAQQIMIZ NECƏ OLACAQ?

Ziyanı tanıyan 2020-05-20 21:39:15

Əstəğfurillah! Ziya hara,ibadət hara?Nə zamandan müsli iman olub?

Eli 2020-05-20 21:36:52

Kişi adamdır günahı var ki

Vetendash 2020-05-20 20:05:44

Ibadet neydi ala ? )))

t.ədalət 2020-05-20 19:56:17

Nazir olanda taksi sürücülərinin ölümünə səbəb olan bir adamın ibadəti qəbul oluina bilərmi?

Son yazılar