İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xamenei mayın 19-da qarşıdan gələn Əl-Qüds gününə («Yerusəlim Günü» - mayın 22-də qeyd oluncaq) həsr olunmuş müraciətində İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilndə yaşayan əhalini silahlandırmağa çağırıb.
«Qəzza sektou kimi İordan çayının Qərb sahili də silahlandırılmalıdır. Güc - yeganə amildir ki, Fələstin xalqının əzalarını azalda bilər» - Xamenei öz Tvitterində yazıb.
«Güzəştlər özgənin torpaqlarını ələ keçirmiş dövlət qurumunun (İsrail - red.) qəddar davranışını azaltmır» - dini lider qeyd edib.
Xəbər verildiyi kimi, İran məclisi (parlament) mayın 18-də İsrailə qarşı durmaq barədə qanun layihəsini səsvermədən keçirib. Qanunun birinci maddəsi bütün İran dövlət orqanları qarşısında əldə olan milli və beynəlxalq imkanlardan İsrailə qarşı durmaq üçün istifadə etmək məsələsini nəzərdə tutur.
Sənəddə İsrail tərəfindən insan haqlarının geniş miqyaslı və sistemli şəkildə pozulması xatırladılır ki, nəticədə Fələstin torpaqlarının və digər ərazilərin işğalı davam edir. Sözügedən qanunla İsrail mallarının İran ərazisindən tranziti qadağan olunur. Bu zaman İran hakimiyyəti Yerusəlimin azad ounması istiqamətində digər xalqlara və dövlətlərə kömək göstərməyə borclu olduğunu bəyan edir. Bu və digər məqsədlər üçün İran İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Yerusəlimin «virtual səfirliyi» yaradılır. Bu məsələ qanun qüvvəyə mindikdən sonra 6 ay ərzdə reallaşdırılır.
AzPolitika.info


Şərhlər