MƏDƏNİYYƏT NAZİRLIYİNDƏ TOTAL YOXLAMALAR BAŞLADI - Qarayev də həbs edilə bilər

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Əbülfəs Qarayevin yaxın müddətdə vəzifəsindən uzaqlaşdırılacağı ehtimalı kifayət qədər yüksək idi. Gözlənilən oldu və ölkə başçısı Qarayevi nazir postundan azad etdi.

Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb. O, nazirliyin rəhbər şəxsləri, şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

“AzPolitika.info”-ya nazirlikdəki mənbələrdən daxil olan məlumata görə, Ə.Qarayevin işindən ayrılmasından sonra Mədəniyyət Nazirliyində total yoxlamalar başlayıb. Məlumatda nazirlikdə eyni zamanda bir neçə qurumun araşdırmaya başladığı bildirilir.

Yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinəəsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinəəsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.


Bundan sonra cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib. 

Belə ittihamları səsləndirənlər sırasında deputatlar xüsusilə seçiliblər. YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirmişdi.

İndi məlum olur ki, həmin araşdırma artıq geniş formada, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçirilir. Və bu araşdırmaların sabiq nazir Əbülfəs Qarayevin həbsilə yekunlaşması da istisna deyil...

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Piano müəllimi 2020-05-25 05:12:41

Bu nazir müavini mənim kimi nə qədər müəllimin pulunu yeyib kişi olmuşdu.Belə haram, oğurluq, dələduz yolla pul qazananlar özünü niyə adam, kişi, məmur yerinə qoyurdular görəsən. Hələ bir biz müəllimləri də adam yerinə qoymurdular, yuxarıdan aşağı baxırdılar. Görəsən biz musiqi müəllimlərinə vurulan maddi və mənəvi ziyanları kim ödəyəcək? Vaqif Əliyevmi?

Baloğlan Çaykovski 2020-05-25 05:08:50

Qara Qarayev Azərbaycanın musiqisini zirvələrə qaldırdı. Amma onun dost-doğma qohumu gəldi və qəsdən Azərbaycan mədəniyyətin başına yekə bir daş saldı.

VƏTƏNDAŞ 2020-05-25 04:42:23

Bu məmurların işdən çıxarılması, nazirlikdə total yoxlamaların aparılması mənasız işlərdir, arxadan atılan daş kimi bir şeydir. Bu nazirlikdə elə Azərbaycan xalqından, mədəniyyətindən zəhləsi gedən, Ə.Qarayev də daxil xalqa "çuşqa" deyən insanlar yığılıblar. Azərbaycan MƏDƏNİYYƏTİNƏ VURULAN ÖLÜMCÜL ZİYANLARI isə bundan sonra heç kimi ÖDƏYƏ BİLMƏYƏCƏK!

nihad 2020-05-24 00:14:42

nec' olur ki,adi köməkçi nazir müavini təyin edilir,ondan sonra gələn kəməkçi bakı mədəniyyət idarəsinin rəhbəri seçilir.Yəqin bunlar rüşvət yıgmaq məktəbini yaxşı mənimsəyibler...

Şəkidən 2020-05-23 18:05:15

Şəki regional Mədəniyyət İdarəsində də yoxlamalar aparılmalıdır...?

Emin 2020-05-23 08:45:04

Abseron Rayonu Korupsiyaya batagligina ugrami$ gabagcil rayonlardan biridi. Cixarisli 99 illik icara huquqlu torpagin digar vatandasa satmag ucun har hektarina 15-20 min manat pul talab edirlar. Prezidentin dediklarina mahal goyan yoxdur

Ibad 2020-05-22 19:14:57

YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirmişdi.Bu Suyavuwin.... catmirki dedin DSX reisi Elcin Quliyevde iwden cixarilmalidi?

Ədalət 2020-05-22 18:00:36

Əbülfəz dedi axi XƏBƏRİM OLMAYIB ! Deməli günahı yoxdur.

pensioner 2020-05-22 17:34:37

Bəlkə ucdantutma bütün məmurlardan gəlirlər və xərclər barədə bəyannamələr tələb edək.

Rəhman 2020-05-22 16:57:31

Yəqin ki, yoxlamaları da elə dünənə qədər həmin nazirliyi yoxlayan şəxslər aparırlar.

Son yazılar