ÜST: Dünyada bir gündə koronavirusa 100 min yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 4,99 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, gün ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 mindən çox artıb.

Bu halda koronavirusla bağlı ölüm hallarının sayı 4 mindən çox artaraq 327 mini ötüb.

Ayrı-ayrı ölkələrdən alınan rəsmi məlumatlara görə, dünyada 4 993 470 yoluxma və 327 738 ölüm qeydə alınıb. Gün ərzində təhlükəli virusa yoluxmalar 100 284, ölənlərin sayı 4 482 nəfər təşkil edib.

Dünyada COVID-19 infeksiyasına yoluxmalar üzrə birinci yerdə Şimali və Cənubi Amerika regionu qərarlaşıb. Bu qitədə təhlükəli virusa 2 220 267 nəfər yoluxub. COVID-19-a bir gün ərzində yoluxma 54 264 nəfər artıb. Son sutkada 2 956 nəfər pandemiyanın qurbanı olub. Bununla da qitədə koronavirusdan ölənlərin sayı 131 605 nəfərə çatıb.

Avropada koronavirusa ümumilikdə 1 966 244 nəfər yoluxub və 171 327 insan ölüb. Köhnə qitədə son 24 saatda koronavirusa yoluxanların sayı 19 634 nəfər, ölənlər 1 044 nəfər artıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar