Menu

Azərbaycan-Türkiyə “TURAZ Qartalı” hərbi təlimi başa çatıb

03.10.2014, 11:56
Azərbaycan-Türkiyə “TURAZ Qartalı” hərbi təlimi başa çatıb

Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi (“TURAZ Qartalı”) başa çatıb. Bu barədə APA-ya Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

Təlimə qatılan Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ötən gün ölkələrinə yola salınıb.

“TURAZ Qartalı” təlimi sentyabrın 18-də başlayıb. Təlimə Azərbaycan HHQ-nin MiQ-29, Su-25 döyüş təyyarələri, Mi-24 zərbə və Mi-17 çoxməqsədli helikopterləri, Türkiyə HHQ-dən isə 6 ədəd F-16 döyüş, C-130 “Herkules” hərbi-nəqliyyat, 2 ədəd AH-1W “Super Cobra” döyüş və 2 ədəd “Sikorsky S-70” helikopteri iştirak edib.

Təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol