Menu

Ziya Məmmədovun oğlu Waşinqtonda nahar verir

29.10.2013, 14:54
Ziya Məmmədovun oğlu Waşinqtonda nahar verir

Məclisə Konqresdən, Prezident Administrasiyasından, diplomatik korpuslardan, beyin mərkəzlərindən və akademiyalardan 500-ə yaxın qonaq dəvət olunub

Oktyabrın 30-da Azərbaycan Amerika Alyansı ABŞ-da, Washingtonun Milli Arxitektura Muzeyində ikinci illik qala nahar verəcək.

Məclisə Konqresdən, Prezident Administrasiyasından, diplomatik korpuslardan, beyin mərkəzlərindən və akademiyalardan 500-ə yaxın qonaq dəvət olunub.

Qala naharın fəxri ev yiyəsi komitəsinə senator Richard Burr, Saxby Chambliss, Thad Cochran, Roger F. Wicker, ABŞ Nümayəndələr Palatasından Gene Green, Randy Hultgren, Robert Aderholt, Corrine Brown, Luis Gutierrez, George Holding, Eddie Bernice Johnson, Walter Jones Jr., Adam Kinzinger, John Shimkus, Tim Ryan, Fred Upton; The Washington Times-ın prezidenti və baş icraçı direktoru Larry Beasley və başqaları daxildir.

Tədbir ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanovun himayəsi ilə keçirilir. Mövzu belədir: «Bu günü qeyd edək, sabahı quraq».

Qonaqlıqda Azərbaycan mətbəxinə məxsus yeməklər veriləcək, o cümlədən, rəqqaslar, xanəndələr Azərbaycan mədəniyyətini nümayiş etdirəcək.

Builki tədbir Azərbaycanda innovativ arxitekturanın inkişafına, Birləşmiş Ştatlarla Azərbaycanın münasibətlərinə həsr olunur. Həmçinin Cənubi Qafqazdakı bu mühüm tərəfdaşın qədim və zəngin mədəniyyəti qeyd olunacaq.

Azərbaycan Amerika Alyansının təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Azərbaycan Amerika Alyansının məqsədi Azərbaycan-ABŞ arasında enerji, milli-təhlükəsizliyə əsaslanan münasibətləri qabartmaqdır.(azadlıq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol