“Həsən Həsənovun meyidi tanınmaz haldadır. Hazırda 1 saylı Klinik Tibbi Mərkəz ekspertiza gedir. Ailəsi çox ümidlidir ki, o sağdır və bu cənazə onun deyil”.
Bu sözləri musavat.com-a açıqlamasında girovluqda öldürülən məhrum Həsən Həsənovun qardaşı Nail Həsənov deyib.
Onun sözlərinə görə, meyidin həqiqətən Həsən Həsənova məxsus olduğu aydınlaşandan sonra ailəsinə təhvil veriləcək: “Cənazə bizə veriləndən sonra meyidin yuyulmsı üçün Göy məscidə aparacağıq. Binəqədi qəbiristanlığında yer götürmüşük, orada dəfn olunacaq. Ancaq hələ də ümidimiz var ki, bu cənazə onun deyil”.
Xatırladaq ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov bu ilin iyulunda işğal altındakı Kəlbəcər rayonunda girov götürülərək öldürülmüşdü. Onunla birlikdə Kəlbəcərə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğundadır.


Şərhlər