MƏMMƏDYAROVUN VƏ DÖVLƏTİN REPUTASİYASI – Və Xarici İşlər naziri ilə “yoğun” məmurların fərqi...

İstənilən ölkənin xarici işlər naziri dövlət başçısından sonra beynəlxalq arenada ən çox tanınan ikinci sima sayılır. Hətta elə xarici işlər nazirləri var ki, az qala prezidentlərdən daha populyar və xarizmatik şəxslərdir.

Yəqin dünyada çətin elə bir baş diplomat tapıla ki, şəxsi reputasiyası onun üçün əhəmiyyət kəsb etməsin. Çünki bir ölkənin xarici işlər nazirinin şəxsi reputasiyası dolayısı ilə onun təmsil etdiyi dövlətin, xalqın reputasiyası deməkdir. Yəni obrazlı desək, istənilən XİN rəhbəri öz ölkəsinin sifətidir. Və təbii ki, heç bir xalq, dövlət istəməz ki, onun həmin bu “sifəti” kənardan əyri-üyrü, kələ-kötür, ləkəli görünsün...

Bir neçə gündür ki, ölkənin əksər mətbu orqanlarında Azərbaycanın Xarici İşlər nazirinin ailəsinin Nyu-Yorkda 4.2 milyon dollar dəyərində 2 mənzil aldığına dair məlumatlar dərc edilir. Nyu-York Vergi Departamentinə istinadla Elmar Məmmədyarovun ailə üzvlərinin 2015-ci ilin yayında (Azərbaycandakı devalvasiyadan qısa müddət sonra-C.M) bu mənzillərə sahibləndiyi qeyd olunur. Ortaya həmin mülkiyyətlə bağlı rəsmi sənədlərdən çıxarışın fotoları qoyulur.

Kimsə bu məlumatları nazirə qarşı kampaniya, qərəz adlandıra bilər. Kaş elə belə də olaydı və deyilənlərin yalan, iftira olduğu üzə çıxaydı. Ancaq türklər demiş, maləsəf...

Heç bir dövlət, vətən təəssübkeşliyi olan mətbu orqan, jurnalist istəməz, arzulamaz ki, bu deyilənlər, yazılanlar həqiqət olsun. Çünki bu məlumatlar əgər gerçəkdirsə, deməli bunlar sadəcə korrupsiya faktı deyil, həm də Azərbaycanın xarici siyasət idarəsinin və onun rəhbərinin başına qaxıncdır. Unutmayaq ki, bu adam Azərbaycanı xarici siyasətimizin başlıca hədəfi, ölüm-dirim nöqtəsi, bel sütunu olan Qarabağa dair prosesdə təmsil edir. Şəxsən onun barəsindəki belə faktlar isə onsuz da boynu bükük olan xarici siyasətimizin boynunu bir az da bükür! XİN-in dişsiz, zəif, qarşı tərəfin həmlələrinə qeyri-adekvat cavabları, davranışları, nazirinsə qüsurlu nitqi, hətta öz doğma dövlət dilində danışa bilməməsi azmış kimi, bu korrupsiya mövzusu, milyonluq mənzillər də bir tərəfdən çıxdı. Necə deyərlər, “Gözəl ağa çox gözəl idi, vurdu bir çiçək də çıxardı”...

Digər tərəfdən, ortaya qoyulan faktlar olduqca inandırıcı görünür və onların ABŞ-ın rəsmi orqanlarının təqdim etdikləri sənədlərə əsaslandığı bildirilir. Yəqin xüsusi vurğulamağa ehtiyac yoxdur ki, belə hallarda nəinki ən müasir demokratiya nümunəsi olan, hətta ortabab sivil ölkələrdə belə, nazir, yaxud istənilən digər iri ranqlı məmur ya bu deyilənlərə düz-əməlli aydınlıq gətirər, ya da dərhal vəzifəsindən istefa verərdi...

Əlbəttə ki, Azərbaycanın hansısa yüksək rütbəli məmurunun xaricdə bahalı mülkünün olması çoxdan adi hala çevrilib və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Və onların demək olar heç biri indiyə qədər bu faktları şərh etməyi heç özlərinə sığışdırmayıblar belə, sanki dədə-babalarından qalma haqlarıymış və elə bu cür də olmalıymış.

Ancaq indiki halda söhbət hansısa “yoğun” məmurdan yox, ölkə üçün strateji məqamlardan birinə sahib olan, hər addımı, açıqlaması, eləcə də şəxsi keyfiyyətləri əhəmiyyət kəsb edən şəxsdən – XİN rəbərindən gedir. Ona görə də həmin varlı, lakin adları, mənəvi keyfiyyətləri, şəxsi reputasiyaları bir qara qəpiyə dəyməyən məmurlardan fərqli olaraq, E.Məmmədyarov susmamalı, ən azından özünü təmizə çıxarmağa çalışmalıdır. Daha doğrusu, buna borcludur!

Bəs görəsən, nazir Məmmədyarov niyə susur? Niyə çıxıb bu deyilənlərə, yazılanlara aydınlıq gətirmir? Əgər bunlar yalan, böhtandırsa niyə hüquqi yollara əl atmır, ya da heç olmasa quru bir açıqlama yaymır?

Tutaq ki, şəxsi reputasiyası heç vecinə də deyil, bəs dövlətin, Azərbaycanın reputasiyası?...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

etibarlı mənbə 2020-07-02 12:48:56

burada Məmmədyarovun şəninə tərif yağdıran trolların arxasında şəxsən mətbuat katibəsi Leyla Abdullayeva dayanır. Trol funksiyalarını isə onun əməkdaşları yerinə yetirirlər. Utancverici bir haldır.

Texirbacilara cavaba cavab 2020-06-01 11:29:45

Niye yazmirsan ki, mende adi xarici ishler nazirliyi olub, ozu hec bir diplomatiyadan xeberi olmayanlarin yignagindan ibaretdir. Sizin birinizin sifetinden diplomat aid bir ifade yoxdur, hamisi bilinmir sirkden yigilib nedir. Elmarin yerine Bayrami goysaydilar bari Afrika gitesi bizim terefimizi saxlayardir. Niye Elmar protest vermir. Demir ki, hemin menzil menim evladlarimin deyil. En boyuk islahata ehtiyaciolan nazirlik Xarici ishler nazirliyidir. Keleleri gizil olan vetenperverler collerde qalib, onun bunun uchagi diplomat ishi ile meshgul olur. Elmar Italiyada ishleyendenen boyuk ... kimi taninirdi.

Texribatcilara cavab. 2020-05-30 14:17:19

Elmar Memmedyarov kifayet qeder tecrubeli, vetenperver, dovlete ve dovletciliye sadiq peshakar diplomatdir. Azerbaycan heqiqetlerinin dunya ictimaiyyetine catdirilmasinda kifayet qeder fealliq gosterib. Bu gun onun hedef alanlar ermeni deyirmanina su tokenlerdir. Butun bu yazilar ve texribatlarin arxasinda duranlar veteni sevmeyenler, olkeni gozden salmaga cehd gosterenlerin ishidir. El cekin bu lazimsiz texribatlarinizdan. Bizim bir dushmenimiz var o da torpaqlarimizi ishgal eden ermenilerdir.

nihad 2020-05-30 13:28:14

Elmar bizə.... ölkəni təhdid altına salıb,təcili araşdırılsın

Aqil 2020-05-30 08:51:17

Müharibə getdiyi bir vaxtda, düşmən hər gün cavanlarımızın qanını tökdüyü bir vaxtda beləsinin bu taleyüklü vəzifəyə qoyulması...

Vətəndaş 2020-05-29 20:34:21

XİN-nin işinə nəzarət niyə edilmir?...

Türk 2020-05-29 18:00:28

Bunun xanımı görəsən hansı millətdəndir?

Qrbətdəki pensioner-diplomat 2020-05-29 15:42:35

Məmmədyarov BMT-nin tribunasından -filandan istifadə etməyib, heç Azərbaycan xalqının həqiqətlərini də oradan çatdırmayıb. BMT-nin qətnamələrinin qəbul etdirlməsini Pakistan və Türkiyə təkid edib. Məmmədyarov isə həmin vaxtlar adi-siradanbir diplomat olub, Garabağ məsələlərində də heç bir dəxli olmayıb. Əksinə, müharibə illərində Məmmədyarov Azərbaycandan birdəfəlik migrasiya haqda yollar axtarırmış... Həmişə rusdilli, stilyaqa, kosmopolit bir insan olub. İndi onu vətənprəvər kimi təqdim etmək gülüncdür.

ejder 2020-05-29 11:46:59

ha ha ha,gunahkarXALQ CEBHESIDIR,,bravo,....

Hasan 2020-05-29 01:03:22

Elmar Memmedyarov ATET-in numayende heyetinin Shushaya sefirini teshkil edende, Shushanin ermeniler terefinden muhasireye alinmasini , dinc ehaliye qarshi ermeni vehshiliklerini dunyaya catdiranda, BMT-nin ve diger beynelxalq teshkilatlarin yuksek tiribunalarindan ermenileri rusvay edib haqq sesimizi dunya birliyine catdiranda bu gun onu tenqid edenler, xarici ishler nazirine qarshi qarayaxma kompaniyasi teshkil edenler harada idi???? Elmar Memmedyarov dovlete, dovletciliye ve cenab Prezidente sadiq yuksek intelekte malik savadli ve peshekar diplomatdir.

Hasan 2020-05-28 21:34:51

Elmar Memmedyarov ATET-in numayende heyetinin Shushaya sefirini teshkil edende, Shushanin ermeniler terefinden muhasireye alinmasini , dinc ehaliye qarshi ermeni vehshiliklerini dunyaya catdiranda, BMT-nin ve diger beynelxalq teshkilatlarin yuksek tiribunalarindan ermenileri rusvay edib haqq sesimizi dunya birliyine catdiranda bu gun onu tenqid edenler, xarici ishler nazirine qarshi qarayaxma kompaniyasi teshkil edenler harada idi???? Elmar Memmedyarov dovlete, dovletciliye ve cenab Prezidente sadiq yuksek intelekte malik savadli ve peshekar diplomatdir.

Hasan 2020-05-28 19:56:32

Elmar Memmedyarov ATET-in numayende heyetinin Shushaya sefirini teshkil edende, Shushanin ermeniler terefinden muhasireye alinmasini , dinc ehaliye qarshi ermeni vehshiliklerini dunyaya catdiranda, BMT-nin ve diger beynelxalq teshkilatlarin yuksek tiribunalarindan ermenileri rusvay edib haqq sesimizi dunya birliyine catdiranda bu gun onu tenqid edenler, xarici ishler nazirine qarshi qarayaxma kompaniyasi teshkil edenler harada idi???? Elmar Memmedyarov dovlete, dovletciliye ve cenab Prezidente sadiq yuksek intelekte malik savadli ve peshekar diplomatdir.

Murad Hasanov 2020-05-28 18:20:48

Elmar Memmedyorov cox gozel diplomat, gozel insan ve cox sade ve mehriban shexsiyyetdir. Ovladlari Amerikada oxuyub, calishir ve yashayiirlar. Butun valideyinler kimi Elmar Memmedyoruv ovladlarinin qaygisina qalmli onlarin ev ile temiz olunmasini komeklik etmekidir. Eger oglanlari Amerikada I universiteti bitirib orda ishkeyirlerse bunlar ne etmelidir? Bakida menzil almalidi? ...Ikinci bir mesele hec ola bilsin menzili ovladlari oz pullari ile alib. Nece ildir orda tehsil alib ishleyirler. Bele meseleleri o qeder de shishirtmeye ehtiyac yoxdur. En esas meseleler qalib kenarda dushmusuz xarici ishler nazirinin ustune.

Famil 2020-05-28 17:55:42

Haqq üçün Bu kimdirsə başqa talançı-quldurların yanında əməlli başlı adamdır. 4 milyon nədir ki? Lap olsun 40 milyon. Heç Vilyam qədər çapıb talamayıb. Ona da medal düşür.

vidadi goyce 2020-05-28 09:22:25

bu adam xin nin metamorfozasidir

Eko 2020-05-27 20:37:35

Beli ......

Aborigen 2020-05-27 19:38:13

Şəxsən mən bu deyilənlərin heç birinə inanmıram. Əgər deyilənlər doğru olsaydı, onda məmmədyarovu çoxdan Milli Məclisdə məşhər ayağına çəkmişdilər. Vallah, bu jurnalistlər əvvəl-axır bu milləti xoruza yük edəcəklər.

Milli Sosialdan İmtinamı? 2020-05-27 18:37:54

Ona evləri ....(Lavrov kimi), ya Qarabağ haqqı kimi ata bilərlər?

t.ədalət 2020-05-27 18:03:42

Elmar Məmmədyarovun arxayınlığı .... Amerikada səfir olarkən azərbaycanlılarla rusca danışıb.... Onun Amerkadakı var-dövləti bizim bildiklərimizdir.Axtarsalar.... ,görünür oğlu....

Ağayev Ağahüseyn 2020-05-27 17:53:49

Bəs görəsən, nazir Məmmədyarov niyə susur? Niyə çıxıb bu deyilənlərə, yazılanlara aydınlıq gətirmir? Əgər bunlar yalan, böhtandırsa niyə hüquqi yollara əl atmır, ya da heç olmasa quru bir açıqlama yaymır?CÜNKÜ ... BU ƏMƏLİ İCRA EDİB.

Eko 2020-05-27 17:08:33

Derdeeeee Derd !!!!

İlqar 2020-05-27 16:46:53

Bu ölkədə heç nəyə etibar qoymayıblar

Vahid Qəribov 2020-05-27 16:42:14

Memmedyarov Nyu-Yorkda niyə mənzil almalıdır?BU sualı düşünən varmı7deməli bu adamlar özlərini Azərbaycanda görmürlər.BELƏŞƏXSLƏRİN azərbaycanda hansı müsbət i münasibəti ola bilər?Onlar Yanlış olaraq onlara veriln imkanlardan AZƏRBAYCAN XEYRİNƏ DEYİL,AZƏRBAYCANDA YIĞDIQLARI RÜŞVƏT.büdcə yeyintisi.korrupsitya nəticəsində öz gələcələrini xaricdə qururlar.Bunun qarşıını almaq.,azərbaycanın malını oğurlayıb daşımağı önləmək vacibdir.Bütün AZərbycan məmurlarının aaaaaaaaaaaaaaaa9istər fəaliyyətdəolsna.istər əskiaa0 xaricdəki mal varlıqlarına,firmalarına embarqo qoyulmqlalı,onlar yerlərdə satılaraq dəyəri büdcəyə qaytarılmalıdır.sc9 KORRUPSİYA HREDKei f

Türk 2020-05-27 16:29:37

Bir insan ki ana dilimizi bilmir.... elə ciddi siyasi bir təşkilata hansı ki, ölkənin xalqın mənafeyini qoruyan Nazirliyə düşmənlə üz-üzə dayandığımız bir vaxtda Onun nazir olması nə qədər ağılasığandır? Doğrudan da çox maymaq millətik.

Son yazılar