Qadın sürücü məşhur polis zabitini maşınla vurub – FOTO

Azərbaycanda tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu 31-ci Polis Bölməsinin əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi" markalı maşını idarə edən qadını icazə sənədi olub-olmamasını yoxlamaq üçün saxlamaq istəyərkən sürücü qadın avtomobili K.Şərifovun üstünə sürüb. Qaçmağa çalışarkən avtomobil Kamilin sol ayağının üstündən keçib. Xəstəxanada müayinə zamanı məlum olub ki, ayağında vətərlər qopub.

Hazırda prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, K.Şərifov 2015 ci ildə də Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində növbə zamanı 5 nəfərlik cinayətkar qrupu zərərsizləşdirərkən 3 bıçaq yarası almışdı.

635x100

Şərhlər

Nuru 2020-05-27 17:13:30

Yəqin pul istəyib. Xanım sürücü də əsəblərini cilovluya bilməyib,üstünə sürüb maşını.

Eko 2020-05-27 17:03:19

Qadinlarin 99 faizi pravani ( suruculuk vesiqe ) pilnan alirlar. DTX hara baxir ?Bunu hami bilir , bilmeyendeki ôzûnû qicdiye qoyur.

Son yazılar