JURNALİSTLƏRİN BİNASINDA "ÇİN ƏMƏLİYYATI" - Külli miqdarda yeyinti aşkarlandı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb.

"BakuPost"un əldə etdiyi məlumata görə, yoxlamalar zamanı külli miqdarda vəsaitin mənimsənildiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirilib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib. Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub

635x100

Şərhlər

Həsən 2020-05-30 22:06:21

Bu işlərin başında (tikintidən-evlərin paylanmasına qədər) Əli Həsənov dayanıb.Səfərli sadəcə icraçı olub.Bunu ki,hamı bilir.Bəs niyə Əli Həsənov ortaya çıxarılmır?

Tanish 2020-05-30 00:50:56

Bu Vuqardir nedir, sivetden esil .... oxshayir. Bunlar sovet zamani yataqxalarda yashayib, YAP hakimiyyeti dovrunde qizil vanalarda cimen guldurlardir. Bunun biride Nushiravandir ki, Padamtarda yan-yana 4 vilasi var. Gorun kimler bigli demoroshonu , ailesi natamam olan Ali Hesenovun hesabina kef edib. Azerbaycanda gezetlere ve GTL-lere ayrilan pullar ishtimai nezaret shekilinde teftish edilmelidir. Bir nefer oxucusu ve abunecisi olmayan gezetlere xalgin milyonlarla pulunun axdigi bu ... cezasini almalidir. Tagi Ehmedovun 3600 manat pensiya almasi nece olur ki, men elmiler doktoru ilde bu geder maash ala bilmirem. Tagi kimisini ise elmi ve siyasi savadimla suya suzuz aparib getirerem. Niye nefitde ishleyenin orta maashi 3000 manatdir, qalan sahede ishleyenlerin orta mashi ondan 10 defe azdir. bunu fikirleshmek lazimdir

ejder 2020-05-29 23:52:45

TALANÇIL MƏMURLARIN ATABATASINA LEHNET

Ağayev Ağahüseyn 2020-05-29 15:54:37

Bəs niyə Əli kənarda qalır.

Eli 2020-05-29 15:49:25

İsmayillinin sabiq başçısı Azad əliyev adlı sahibkarla İsmayilliya dövlət büdcəsindən ayrılan pulları tender oyunları adı altında mənimsədilər və çox təəsüf ki, bu adamlaea gözün üstünə qaşın var deyən olmadı.

Son yazılar