Menu

Azərbaycanda dəhşətli qətl: bacısının sevgilisini güllələdi - Yenilənib

03.10.2014, 14:26
Azərbaycanda dəhşətli qətl: bacısının sevgilisini güllələdi - Yenilənib

Güllələnən şəxsin meyiti öz evindən tapılıb

Daxili İşlər Nazirliyi Şəmkirdə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən törədilməsi müəyyən edilib.

Hadisə yerində “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

*****

11:00

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

Şəmkir rayon sakini Rəşid Cəlil oğlu İmanovun güllələnmiş meyiti yaşadığı mənzildən tapılıb. Həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, qətl hadisəsi sentyabrın 29-da R.İmanovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Gülmira Abdullayevanın qardaşı Mirəzim Allahverənov tərəfindən törədilib.

Hadisəni törədən M.Allahverənovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol