Menu

Masallı rayon prokuroru işdən çıxarılıb

02.06.2020, 16:01
Masallı rayon prokuroru işdən çıxarılıb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Şərhlər

Əmiraslan 2020-06-02 19:20:37

Bunun mal varlığına da diqqət edilməlidir.Yoxsa uzun ilər rüşvət alıb ,arxayın yaşamaq doğru deyil.

t.ədalət 2020-06-02 18:18:05

Amma yaxşı sərvət topladı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol