PREZİDENT MÜŞAVİRƏLƏRİ, DÖVLƏT KATİBİNİN İRADINA TUTARLI CAVAB – Torpaq islahatında Naxçıvan təcrübəsi (+VİDEO)

Naxçıvan Muxtar Respublikasının sabiq Kənd Təsərrüfatı naziri - baş nazirin müavini Məmməd Abbasov “AzPolitika.info”-ya kənd təsərrüfatında irəliləyişə nail olmaq üçün fikir və təkliflərinin, eyni zamanda çox maraqlı tarixi kadrların yer aldığı bir videomaterial təqdim edib.

Videomaterialda ayrı-ayrı vaxtlarda Prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin rəhbərliyilə ölkədə kənd təsərrüfatının inkişafına, aqrar islahatlara həsr olunmuş müşavirələrdən kadrlar öz əksini tapıb. Videomaterialda M.Abbasovun Naxçıvanda torpaq islahatı ilə bağlı şərhi verilir, eyni zamanda onun kənd təsərrüfatının inkişafı yolları ilə bağlı fikirləri, təklifləri səsləndirilir.

Sabiq nazir uzun illərin təcrübəsinə əsaslanaraq, koronavirus pandemiyasından sonra xüsusilə aktuallıq qazanmış kənd təsərrüfatının, aqrar sənayenin inkişafı məsələsilə bağlı əhəmiyyətli təklif və tövsiyələrlə çıxış edir.

Sabiq nazir qeyd edir ki, yeni koronavirusun peyda olması bütün dünya dövlətlərini lərzəyə gətirib, insanları qorxu içərisində yaşamağa məcbur edib: “Qısa müddət ərzində (4-5 ay) milyonlarla insan virusa yoluxub, yüz minlərlə insan həyatını itirib, milyardlarla insan isə evə qapadılıb. Bu rəqəmlər pandemiyanın ölçüyəgəlməz miqyasını əks etdirir.

Virusun yayılması ictimai-siyasi həyatın bütün sahələrinə öz mənfi təsirini göstərir. Sənaye, nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm, idman sahələrinə böyük zərbə vurur. Maddi nemətlər istehsalı azalır, işsizlərin sayı artır, insanların güzəranı pisləşir. Düzdür, dövlətlər sosial sahədə bir sıra tədbirlər görür, lakin bu hal mütəmadi davam edə bilməz.

Ölkəmizdə vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın fəsadları az olmuşdur. Lakin bu virusun tezliklə məhv olaraq yoxa çıxacağı da gözlənilmir. Qarşıda həyat bizi ağır sınağa çəkəcək. Ona görə də, həmrəy olmağımızla bərabər, hər kəs tutduğu vəzifədə vicdanla, ləyaqətlə işləməlidir.

Bəs təqaüddə olanlar nə etməlidir? Mən 7 ildir ki, pensiyadayam və bu illər ərzində ailə qayğıları ilə yaşamışam. Sağlam həyat tərzi keçirməyə səy göstərmişəm, bir sıra ölkələrdə olmuşam. Pandemiya dövrü bizi risk qrupuna aid edib, həyatdan təcrid etdilər.

Lakin vəziyyət bizi kənarda qalmamağa məcbur edir. Ölkə başçısı da çıxışlarında qeyd edir ki, dövlətin idarə edilməsində neqativ hallara qarşı mübarizədə ictimaiyyətin nümayəndələri də iştirak etməlidir. Mən də düşündüm ki, aqrar sahədə işlədiyim müddətdə qazandığım təcrübələrdən istifadə edib, bir sıra təkliflərlə müraciət edim. Ola bilər ki, bu təkliflər bir sıra dövlət orqanlarının diqqətini cəlb etməsin, hətta onlara əhəmiyyətsiz görsənsin. Amma öz mənəvi borcumu yerinə yetirirəm.”

M.Abbasov qeyd edir ki, ərzaq məhsulları istehsalı dövlətin ümdə vəzifəsi olmalıdır: “Düzdür, dövlət bu sahəyə diqqət yetirir və xeyli vəsait ayırır. Kənd təsərrüfatının maddi-texniki bazası xeyli möhkəmlənmişdir, lakin ayrılmış vəsait, görülən işlər lazımi nəticəni vermir. Məhsul istehsalının azalmasına təsir edən obyektiv faktorlar da var - ərazimizin 20 faizi işğal altındadır. Bununla belə nəticələr sərf olunmuş vəsaitin qarşılığı hesab oluna bilməz… Təkcə bir faktı qeyd etmək kifayətdir: Əhalinin ərzaq məhsullarına olan tələbatı əsasən xaricdən gələn ərzaq hesabına ödənilir. Taxıl, yağ, ət məhsulları və digər ərzaqların əhəmiyyətli hissəsi idxal edilir. Hər hansı marketə baxsanız, bunun şahidi olarsınız. Ölkə üzrə pambıq, tütün, barama, üzüm istehsalının həcmi Sovet hakimiyyəti dövründə olduğundan belə dəfələrlə azdır və sair”.

Sabiq nazir kənd təsərrüfatının inkişafı üçün bir sıra təkliflərlə çıxış edir: “Hazırda hökumətdə kənd təsərrüfatı sahəsini tənzimləyən yüksək vəzifəli şəxs yoxdur. Baş Nazirin sosial sahə, tikinti, sənayeyə nəzarət edən müavini olsa da, ölkəmiz üçün son dərəcə əhəmiyyətli sahə olan kənd təsərrüfatındakı dövlət qurumlarının fəaliyyətini koordinasiya edən Baş Nazir müavini və ya digər yüksək vəzifəli şəxs yoxdur. Bu sahəni tənzimləyən yüksək vəzifəli şəxsin mövcudluğu sahənin inkişafına kömək göstərə bilər. Onun yanında komissiya yaradıla, mütəmadi olaraq kənd təsərrüfatının inkişafına təsir edən təkliflər müzakirə oluna, qərarlar verilə bilər”.

Yuxarıda da qeyd etdiyimiz kimi, çox maraqlı tarixi kadrların, eyni zamanda Məmməd Abbasovun aqrar islahatlarla bağlı fikirlərinin, ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində təklif və tövsiyələrinin yer aldığı videomaterialı “AzPolitika.info”nun oxucularına təqdm edirik.

Qeyd edək ki, torpaq islahatında Naxçıvan təcrübəsindən bəhs edən bu videomaterial 5 il bundan əvvəl hazırlanıb və ilk dəfədir tamaşaçılara təqdim olunur.

635x100

Şərhlər

Həsən Ələkbərov 2020-06-08 13:50:45

Məmməd Abbasovu kənd təsərrüfatına həsr olunmuş müşavirədə ki çıxışı ölkəmizdə aqrar islahatın elmi əsasda bünövrəsini qoydu. En böyük elm təcrübədir. Memmed müəllimin verdiyi təkliflər təqdirə layiqdir. Ondan istifadə etməyin zamanıdır.

Süleyman 2020-06-05 22:06:30

Hörmətli Məmməd müəllimin zəngin təcrübəsi var.Videoda maraqlı məqama rast gəlidim.Kimsə deyir ki,rəqəmlər lazım deyil.Həmin şəxs deyəsən,məruzənin ümumiyyətlə nə anlama gəldiyini bilmir.Statistika ekonomikada vacib elementdir.Mövcud vəziyyətin aydın təsvvürünə imkan yaradır.

Akadem Korifey 2020-06-05 16:41:38

İbrahimov, Səmədzad, 2 Əsədov, Mextiyev, Əmirov, İmanov, Əhmədza.

Şəkidən 2020-06-05 14:56:25

Təyin olunan kadr hər şeydən xəbər verir. Şəki Kənt Təsərrüfatı İdarəsinə tərin olunan kadr, kənd təsərrüfatını iflic vəziyyətinə salmaqdan xəbər verir.. ???

Nizami 2020-06-05 10:33:14

Məmməd muəllim olduqca mudrik insan,ləyaqətli şəxsiyyətdir,fikirlərinin əsas qayəsi halalliq,mənəvi safliq,şərəfli həyat uzərində qurulub,catdirmaq istədiyi əsas fikir budur məncə safliqnəvis qayəsi

Abbas 2020-06-05 07:20:46

Çox gözəl məsləhətlərdir, eşidən olsa.

Naxcivani 2020-06-04 23:49:53

Mamed Abbasov həqiqətən böyük kişidir. Allah can sağlığı versin.

qaçqın 2020-06-04 22:04:10

NE QAZANDIKLARINI BİLMİRƏM, AMA EMİNEMKİ YAXŞI BİR KADRI, İTİRMİŞLƏRDİR

surxay 2020-06-04 18:58:52

Məhəmməd müəllim sözün əsil mənasında bacarıqlı,savadlı,sağlam tənqidə açıq,sadə və sadə olmaqla yanaşı ancaq müsbət keyfiyyətlərlə xarakterizə edilə bilən bir şəxsdir.Mənə elə gəlir ki,bu gün də nə qədər ki,hələ gec deyil onun təcrübəsindən istifadə etmək lazımdır.Və bu addım kənd təsərrüfatımızda əsil islahat olardı

Eli 2020-06-04 17:17:58

Memmed müellim hemişe olduğu kimi heqiqet düzgünlük ve obyektivlik etalonu olmağı bacarıb.Riyakarlıq ve saxtakarlıqdan uzaq olub sözü kişi kimi üze deyib Hemişe Dövlet ve Xalq adamı olub.Rehmetlik Ulu Önder de sağlığında ona layiq olduğu wiymeti vermişdiTeessüf ki indi onun kimi kadrlara ehtiyac olduğu halda o meydanda yoxdurMence zamam zaman kadr meselelerine yeniden baxmaq lazımdır Bından ancaq Xalqımız ve Dövletimiz udar

Son yazılar