Menu

Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub

05.06.2020, 20:53
Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub

Ermənistanda indiyədək 100-ə yaxın polis işçisi yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın "armenpress"ə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın Polis rəsi Arman Sarkisyan deyib.

"Epidemiya başlayandan bəri 100-ə yaxın polis əməkdaşı koronavirusa yoluxub. Həmçinin hazırda təcriddə olan əməkdaşlar da var. İnfeksiyaya yoluxanlardan bəzilərinin vəziyyəti ağır idi, ancaq onlar artıq sağalıblar", - deyə A.Sarkisyan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol