Menu

Moskvada naməlum şəxs ətrafdakılara atəş açıb, yaralılar var

08.06.2020, 01:23
Moskvada naməlum şəxs ətrafdakılara atəş açıb, yaralılar var

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-qərbində naməlum şəxs ətrafdakılara atəş açıb.Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 2 nəfər xəsarət alıb. Qeyd edilir ki, onlardan biri ətrafdan keçən, digəri isə polis əməkdaşıdır.

“Ətrafdan keçən şəxs ayağından yaralanıb. O, atıcının zərər verdiyi ikinci şəxsdir”, - deyə mənbə agentliyə bildirib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol