Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
“Report” xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videoda Çevik Polis Alaytının Xüsusi Təyinatlı qüvvələrinin evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürülərək aparılması əks olunub.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.


Şərhlər
Kim deyir ki polis evə özbaşına girib? Təbiiki burda bütün prosesual qaydalara riayət olunub, məhkəmə sanksiyası alınıb və sonra əməliyat-axtarış tədbiri həyata keçirilib. Hamı elə yazırki polis vəhşilik edir. Polis burda heç bir vəhşilik və insan hüquqlarını pozmur.
Hämin qanunu pozan vätändaşin mäkämädän icazäsi club????
Zibil atanı məhkəmə yolu ilə cəzalandırmaq olar..... köməksiz insanların qənimi olurlar.İnsan haqlarının bu cür tapdanması,vətəndaşın mənzilinə basqın edənlər qanun qarşısında cavab vermlidirlər !
Olmaz belə.....
Çox düz edib polis ... Ayıb olsun belə vətəndaşlara , polis zülüm içində xidmət aparır bunu anlamağ lazımdı. Həmin vətəndaş rahat şəkildə yatır evində ama anlamırki polis olmasa xidmət çəkməsə o rahat yatamaz.
Çox DÜZGÜN EDİB POLİS ƏMƏKDAŞLARI.BİZ POLİSƏ TƏŞƏKKÜR ETMƏLİYİK. ....
Bunlarin ixtiyari var menzillere girmeye ....