Menu

İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

09.06.2020, 12:12
İran Qasım Süleymaninin ölümündə əli olan şəxsi edam edəcək

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-a işlədiyi və iranlı general Qasım Süleymaninin suiqəsdində ABŞ-a məlumat ötürdüyü iddia edilən şəxs barəsində edam hökmü çıxarılıb.

“Report” “Haber Türk”ə istinadən xəbər verir ki, bunu İran məhkəməsinin nümayəndəsi Qulamhüseyn İsmaili deyib.

“MKİ və MOSSAD-ın agenti olan Mahmud Musəvi-Məcidə ölüm cəzası verilib. O, şəhid Süleymaninin harada olduğu məlumatını düşmənə vermişdi”, - o bildirib.

Şərhlər

t.ədalət 2020-06-09 12:34:32

qasım süleymani anti-türk bir terrorçu idi.Allah zalımları cəhənnəmə göndərir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol