“Azərbaycan vətəndaşları bütövlükdə qəbul olunan karantin rejiminə həqiqətən də ciddi riyayət edirlər. Müşahidələrim göstərdi ki, bütün Azərbaycan ərazisində vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni TV”yə müsahibəsində deyib.
Deputat Yasamal hadisəsinə də münasibət bildirib: “Burada dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir. Daxili işlər orqanları qanunla öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Çünki həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir. Digər epizodda isə biz vətəndaşa münasibətdə polis nümayəndəsinin etik davranış qaydalarından kənar davranışını da müşahidə etdik. Bir tərəfdən də vətəndaşın qanun pozuntusunu müşahidə etdik. Nəticələr çox qısa zaman çərçivəsində araşdırıldı. Məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyır, etik davranış qaydasını pozan polis nümayəndəsi ilə də bağlı daxili işlər orqanları rəhbərliyi qısa zaman çərçivəsində tədbirlər gördü”.
Ə.Hüseynli bildirib ki, polisin tutma, saxlama ilə bağlı həyata keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulub: “Tam qanunauyğun olaraq bu tədbirlər həyata keçirilib. Xanım vətəndaşla davranışda isə etik davranış qaydasının pozulması müşahidə olunub. Buna da adekvat reaksiya verilib. Hesab edirəm ki, biz bu məsələdə günahkar axtarışında olmalı deyilik. Bu, bir epizodik haldır. Burada qaydanı pozan hər iki tərəfdən şəxslər müəyyən olunub və tədbirlər görülüb”.


Şərhlər
Malades tay bunnan oyani yoxdu !!!
Əli müəllim,analar nadinc körpələrini bundan sonra polislə qorxudacaq.Əvvəllər ...
....Sadəcə Əli Hüseynloi bu yazısı ilə hüquqdan ,qanunlardan xəbrsiz olduğunu və təsadüf ən orada oturduğunu təsdiq etdi.Axı Polis insanların asayişini və qanunların doğru crasına diqqət və nəzarət edən orqandır.Amma bu polisler qanunsuz olaraq mənzillərə soxuurlar,qorxu yaradırlar.....Bunu nec qanuni saymaq olar?
Ayıbdır...Yasamal rayonunda baş verən hadsisə millətin tarixinə yazıldı.....Bu cür hadisə hakimiyyətlə xalq arasında narazılıq yaratmağa xidmət edir...
deyesen virus tutmusuz
Əli Hüseynli, sen danishanda, sozlerine nezaret et, CEMIYYETI AVAM SAYMA, hami yaxshi bilir .....
Polis haqqında qaqnunda polisin müstəsna hallarda məhkəmə qərarı olmadan mənzilə daxil olma hüququ konkret qeyd olunub.Hamı polisi təqsirləndirir.Heç bir kəs karantin rejimini pozandan yazmır.Otur evində nə özünü nə qonşuları nə polisi işə salma.
xeyr, ədalət yumşaq desək tapdanmışdır!
Siz bir hüquqşünas diplomlu bir şəxs kimi bilmirsiniz ki.polis məhkəmə qərarı və prokurorun sanksiyası olmadan vətəndaşın mənzilinə girə bilməz? Bunu qanunlarımız deyir.Belə halda Sizin izahatınız başa düşülən deyil və yalnız qanunsuz hərəkətləri doğru kimi qələmə vermək cəhdiı kimi qiymətləndirilə bilər.tj
Hör. Əli müə. polis kimdir-bizim övladımız,qardaşımız,atamız və nəvəmiz.Bizi üz-üzə kim qoyur.Mən YAP yaranandan bu partiyanın üzvüyəm yəni 1992-ci ildən Nəsimi r-n da.Bunu YAP-a yaraşdırmıraı. Bu nəyə xidmət edir.Axı biz belə işləyib Hazır DÖVLƏTİ Sizə verdik bunu qoruyun.Bu hadisə QINANMALI VƏ CİDDİ TƏDBİR ĞÖRÜLMƏLİDİR.Son dövürdə QOCAMAN YAP-cıların yazılarına baxın.Bunlar belə olmamalı iydi. HAYIF BİZİM ZƏHMƏTİMİZDƏN.
Cənab Əli bəy Siz hüquqşünassız axı araşdırma aparılmadan deyirsis hər şey qanunauyğundur. İcazə verin Ombudsman məşgul olsun.Biz bu xalqın icində olanlarıq və az qala hər addımda qeyri-etik davranışlarla qarşılaşırıq..Sovet doğru daha cox səviyəsizlilər var idi ,indi insafən yaxşı təhsil almış ,tərbiyəli gənc zabitlərimiz var.Siravi polis əməkdaşları var ki ,baxırsan iri cüssəli ancaq ağzın açmasa yaxşı...