Kameranın yaddaş kartını yoxlayıblar. (Sən demə, flaş-kart yox, pul qabında bir yaddaş kartı varmış, onu yoxlamaq istəyirlərmiş)
X.İsmayıl onlardan yoxlamanın aparılması üçün hüquqi qərar və protokol tərtib olunmasını istəyirdi Onlarsa yoxlamadan sonra protokol tərtib edəcəklərini deyirdilər.
Vəkil Elton Quliyevin iştirakı ilə karta baxış keçiriləndən sonra X.İsmayılı sərbəst buraxıblar.
* * *
Strasburqdan qayıdan jurnalist Xədicə İsmayıla Bakı hava limanında pasport yoxlanılması zamanı gözləməsi tapşırılıb. Bu barədə o öz facebook səhifəsində yazıb: "Sərhəddə pasportumu aldılar, yoxladılar. Sonra dedilər ki, gözləyin. Gözləyirəm".
Təxminən 6-7 dəqiqədən sonra Xədicə İsmayıl "nəzarət altında çantalarımı götürməyə gedirəm" deyə status paylaşıb. İki gömrük işçisi Xədicə İsmayılın baqajını yoxlayır.
Vəkil Fariz Namazlı da onunla birlikdədir. O bildirir ki, sərnişinlərdən ancaq X.İsmayılın baqajı yoxlanılır. Səbəbini demirlər.
Vəkil Fariz Namazlı bildirir ki, Xədicə İsmayıldan bəyannamə doldurmağı tələb ediblər. Jurnalist üzərində bəyan ediləcək bir şeyin olmadığını bildirsə də, bəyannaməni doldurub.
Yoxlama aparan şəxslər X.İsmayılın üzərində olan flaş-karta da baxmaq istədiklərini deyiblər.
X.İsmayıl isə flaş-kartın gömrükdə yoxlanışı üçün səbəb olmadığını bildirib. O, həmin kartda jurnalist materialları olduğunu söyləyərək onu verməkdən imtina edib.
X.İsmayıl öz facebook səhifəsində yazır: "Gömrük məmuru mənim flaş-kartımda dövlətçilik əleyhinə nələrinsə olmasından şübhələndiyini deyir. Bildirir ki, flaş-karta baxmamış məni buraxa bilməz".


![Xədicə İsmayıl 5 saat saxlanıldıqdan sonra buraxıldı - Video [Yenilənib]](https://static.azpolitika.info/storage/news/14cfba72120ae2a550ca56f284108912/284f1bc7-e90c-48a3-8060-2fbe8dc1e48b_740.jpg)
Şərhlər