“Ötən həftəsonu təcrid rejimində çörək təminatı ilə bağlı heç bir problem olmayıb”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Bildiyiniz kimi, iyunun 14-ü və 15-də özünü təcrid günləridir. İyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-i saat 16:00-dan çörək zavodunun müəyyən olunmuş əməkdaşları zavoda gələ və çörəyin istehsalı üçün hazırlıq işlərini həyata keçirə biləcəklər. İyunun 16-da səhər tezdən artıq mağazalara çörək paylanacaq”, - o bildirib.


Şərhlər
elə karantin yolu olmaz...
.Necə yəni,çörək iki gündən sonra olacaq?BVir də ki məmurlar xalqı özü kimi firavan təsəvvür etməməlidir.Məmurlar oğurladığı pulların hesabına geniş və çox otaqlı evlərə,içərisində hovuz və idman oyunları olan vestübüllərə malikdirlər.Əhali isə 24-38 kv.metr sahəsi olan kiçik mənzillərdə yaşayır.Qapanma zamanı belə evlərlə qəbir arasında heç bir fərq olmur."Operativ qərargah" xalqın yaşam yerinin sərt qapanmaya uyğun olmadığını,görəsən,bilir?B...